Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə

Müğənni Xatirə İslam şəxsi həyatı ilə bağlı etiraflar edib


Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi həyat yodaşından razı olduğunu bildirib: 

“Allaha şükür, necə arzulamışdımsa, ailəm elə də oldu. Biz tanış olanda yoldaşım dedi ki, “sənə 3 sualım var”. İkisi yadımdan çıxıb, biri bu idi ki, “Maşında gedəndə pəncərədən çölə zibil atırsan?”. Dedim, nə danışırsan, heç vaxt. Amma yalan danışmışdım, atırdım. Onun sualından sonra düşündüm ki, görün, nə qədər diqqətcil adamdır, mənə bu sualı verir. Həmin vaxtdan daha pəncərədən çölə heç nə atmıram. Fikirləşirəm ki, onu kiminsə anası, bacısı süpürür”. 

Xatirə 6 illik ailə həyatı boyunca söz-söhbətlərinin olduğunu da bildirib:
 
“Mənim yoldaşımın adı “sakit ölüm”dür. Həmişə 2-3 aydan bir yüngülvari evdə söz-söhbət olur. Ailədir də, sözümüz çəp gəlir. Biz küsəndə kefim olmur, qanıqara otururam. 

Heç vaxt deməmişəm ki, kaş bununla ailə qurmazdım. Çünki o insanın xarakterindəki hər şey məni qane edir. Məsələn, yayda biz dalaşmışdıq, 20 gün danışmadıq. Dalaşanda adam adama deyə bilər də “boşanacam”. Amma hələ boşanma dərəcəsinə çatdırmamışıq. Bizdə hər şey yaxşıdır. Amma arada o məni başa düşmür. Mənim işim bəllidir, o isə məni anlamır. Məsələn, idmandan gəlir deyir, niyə mənim yeməyim yoxdur? Mən onu başa sala bilmirəm ki, çatdırmıram, işlərim var. Əgər o, evə gələndə görsə ki, mənim əlimdə telefon var, evim yıxıldı. Çünki deyəcək ki, sən səhərdən oturmusan İnstaqramda, yemək də ona görə yoxdur. Ona başa sala bilmirəm ki, evə indi çatmışam, İnstaqramı da ona görə açmışam ki, görüm məni kim söyüb onu silim. İnstaqrama kefimdən girmirəm”. 

X.İslam həyat yoldaşının telefonundakı mesajları oxuduğunu da etiraf edib: 

“O özü ingilis dilini təmiz bilir, tərcüməçidir. Alman dilini də öyrənir. Bütün mesajlarını da ingilis dilində yazır. Gecə mesajlarını “skrin” eləyib qardaşıma atıram ki, gör bu nədir? Qardaşım tərcümə eləyib mənə atır. Görürəm ki, çox qapalı yazır. Yəni bu mesaj qıza da, oğlana da yazıla bilər (gülür)”.

Qeyd edək ki, Xatirə Fəxrəddin adlı şəxslə ailəlidir. Cütlüyün bir oğlu var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar