Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Google” ağdərili kişilərin hüquqlarını pozmaqda suçlandı

“Google”un iki keçmiş əməkdaşı – Ceyms Damor və Devid Qudman Kaliforniya ştatının Santa-Klara məhkəməsində şirkətə qarşı iddia qaldırıb


Lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, sabiq əməkdaşlar “Google”u avropoid irqinə mənsub olan və mühafizəkar siyasi baxışlara malik kişilərə qarşı dikriminasiya siyasətində ittiham ediblər. Onların iddiasına əsasən “Google” vəzifələrə qadınları və müxtəlif azlıqları cəlb etmək üçün qanunsuz kvotalar müəyyənləşdirir, mühafizəkar baxışları olan əməkdaşları, o cümlədən prezident Donald Trampı dəstəkləyənləri müdafiə etmir. “Bu cür əməkdaşlara şirkət daxilində açıq şəkildə hədə-qorxu gəlirlər və onları təqibə məruz qoyurlar”, - deyə Damor və Qudman bildirib.  
 
“Google”dan isə deyiblər ki, şirkət məhkəmədə bu ittihamlar üzrə özünü müdafiə etməyi səbirsizliklə gözləyir.
 
Ceyms Damor “Alphabet Inc.” (“Google”un sahibi) korporasiyasından ötən il xaric olunub. O, qadınların bioloji fərqlər səbəbi ilə texnoloji sahədə daha az bacarıqlara sahib olduğu haqda hesabat hazırlamışdı. Maraqlıdır ki, “Google” daha öncə qadınlara qarşı da diskriminasiyada ittiham edilib. ABŞ Əmək Departamenti hazırda “Google”da qadınlara daha az əməkhaqqı verilməsi məsələsini araşdırır.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar