Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Google Glass” eynəyi yenidən satışa çıxarıldı


“Google” sahibi “Alphabet” şirkəti “ağıllı” “Google Glass” eynəyinin yeni versiyasını nümayiş etdirib


Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, iki il yarım əvvəl istehsalı dayandırılan eynək uzun müddət iri şirkətlərin mütəxəssisləri tərəfindən sınaqdan keçirilib. “Google Glass” üçün yeni istiqamət korporativ seqmentdir. Eynəklər bu və ya digər məlumatları əldən istifadə etmədən alan şirkət əməkdaşlarına tədarük edilib.  

Məlumata görə, əvvəllər istehsalda eynəkdən istifadə edən şirkətlər arasında “Volkswagen”, “DHL”, “General Electric” və s. yer alıb. Yeni model əllə işləyən insanlar üçün nəzərdə tutulub. Məsələn, qurğu onlara tez sorğu kitabçalarına və təlimatlara müraciət etməyə və ya marşrut haqqında məlumat əldə etməyə imkan verir.

“Google Glass Enterprise Edition” versiyası orijinal modellə müqayisədə təkmilləşdirilib: kameranın təsvir ölçüsü 5 meqapikseldən 8 meqapikselədək artırılıb, Wi-Fi sürətləndirilib, avtonom iş vaxtı 8 saatadək artırılıb, məhsuldarlıq yüksəldilib. Şirkət nümayəndələrinin sözlərinə görə, indi “ağıllı” eynəyi taxmaq daha rahatdır. Video yazılan zaman çəkilişi bildirən qırmızı diod işığı yanmağa başlayır.

Qeyd edək ki, “Google Glass” eynəyi ilk dəfə 2011-ci ildə təqdim olunub. Rəsmi təqdimat 2012-ci ilin ortalarında “Google” tərtibatçılarının konfransında baş tutub.

“Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir. 

Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət edir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edir.

Qurğu Wi-Fi və Bluetooth standartlı simsiz rabitə modulları ilə təchiz edilib. Bluetooth şəbəkəsi vasitəsilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar