Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Google Chrome” və “Firefox” təhlükədədir: Yeni virus yayılır


"Proofpoint” şirkətinin tədqiqatçıları "Google Chrome” və "Firefox” brauzerlərinin istifadəçiləri üçün təhlükə yaradan "Vega Stealer” adlı yeni zərərli proqram təminatı aşkarlayıblar


Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, təhlükəsizlik üzrə ekspertlərin sözlərinə görə, yeni virus vasitəsilə hakerlər hesab məlumatlarını, eləcə də ödəniş informasiyasını - saxlanılmış kredit kartları, sosial şəbəkə profilləri və brauzerlərdə saxlanılan "cookie” fayllarını oğurlayırlar.
 
Bundan başqa, zərərli proqram sistemi skrinşot edərək bütün genişləndirilmiş ".doc", ".docx", ".txt", ".rtf", ".xls", ".xlsx" və ".pdf" fayllarını skan edir.
 
Məlumata görə, hazırda virus biznes nümayəndələri (marketinq, reklam, ictimaiyyətlə əlaqələr, pərakəndə satış və istehsal) tərəfindən idarə olunan qurğuların yoluxdurulması üçün istifadə edilir.
 
Bununla yanaşı, hakerlər proqram təminatının yayılması üçün standart fişinq kampaniyasından istifadə edirlər. Onlar "İnternet mağazasına tərtibatçı tələb olunur" mövzusunda elektron məktublar, eləcə də ayrı-ayrı biznes nümayəndələrinə fərdi məlumatlar göndərirlər. Məktublarda zərərli makrosların "Vega Stealer" proqramını yüklədiyi "brief.doc" adlı əlavə olur.
 
Virusun adi üsulla göndərilməsinə baxmayaraq mütəxəssislər "Vega Stealer" virusunun ümumi təhlükəyə çevrilərək adi istifadəçilər arasında yayılacağından ehtiyat edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar