Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Goodbye, Mr. Carl Bildt, Goodbye!”


İsveçdə müxalifətinin qələbəsi ilə nəticələnən parlament seçkilərinə Azərbaycandan da maraqlı reaksiya gəlib


Dünən baş tutan seçkilərdə 31.1 faizlə Sosial Demokrat Partiyası lideri Stefan Lofven baş nazir Fredrik Reinfeldtə qalib gəlib. 

Beləliklə, 8 ildir hakimiyyətdə olan, sağ blokda yer alan Mötədillər Partiyası seçicilərin cəmi 23,2 faizinin səsini toplamaqla seçkiləri uduzub. Solçular 160 deputat mandatına sahib olub və müxalifət parlamentdə 141 yer qazanıblar. 

“The Wall Street Journal” qəzetinin yazdığına görə, İsveçdə hökumət dəyişikliyi Avropa siyasi arenasında kifayət qədər tanınan iki siyasətçinin də postundan getməsi ilə nəticələnəcək. Onlardan biri maliyyə naziri Anders Borq, digəri isə xarici işlər naziri Karl Bildtdir. 

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter hesabında XİN rəhbərinin gedişinə özünəməxsus reaksiya verərək “Goodbye, Mr. Carl Bildt, Goodbye!” sözləri ilə nazirlə “sağollaşıb”. 




Xatırladaq ki, dünən də N.Məmmədov  “Aftonbladet” qəzetinin İsveçin xarici işlər naziri Karl Bildti korrupsiyada və Saakaşvili hökumətinə lobbiçilikdə ittiham edən sensassion xəbərini “Biz Karl Bildtin keçmiş “xüsusi əlaqələri” və ambisiyaları barədə bilirdik. Buna görə də deyirdik, baxın görün kim bizim haqqımızda fikir formalaşdırır” şərhi ilə hesabında paylaşmışdı.  

Qeyd edək ki, Karl Bildt Azərbaycan hökumətinin ünvanına dəfələrlə sərt bəyanatlar səsləndirib, ölkəni avtoritar rejimlə idarə etməkdə ittiham edib.(qafqazinfo)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar