Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Gömrük Komitəsinin Akif Çovdarovu kimi məşhurlamış “Broker” MMC rəhbəri Əbülfəz Məlikov həbs oluna bilər


Özəl mənbədən daxil olan məlumata görə, gömrükdə sahibkarlara qan udduran Ə.Məlikovu A.Çovdarovun taleyini gözlədiyi istisna edilmir. 

Referendumdan sonra ölkədə ciddi islahatların olacağı barədə dövlət rəsmilərinin verdiyi bəyanatlardan sonra gömrükdə gestapo rejimi yaratmış “Broker” MMC-nin ləğvi gündəmə gəlib. Bu qurumun birdəfəlik demontaj olunacağı bildirilir. Çünki iş adamlarından saysız-hesabsız şikayətlər prezidentə ünvanlanır.

Sahibkarlar MTN-dəki çetenin eynisinin gömrükdə olduğunu qeyd edirlər. Üstəlik, Ə.Məlikov gömrükdə idxal rüsumlarının artırılmasından sonra sahibkarlardan aldığı rüşvəti artırıb. Gömrükdə iş adamlarını soyan Ə.Məlikov prezident İlham Əliyevin son tapşırıqlarına qarşı gedir. Ölkə başçısı bildirib ki, iş adamlarına şərait yaradılmalıdır, süni qiymət artımı yolverilməzdir. Ancaq gömrüyün baş monopolisti dövlət rəhbərinin sözlərini qulaqardı edir.
Nə kassa-mədaxil orderi, nə də qəbz verən “Broker” MMC faktiki olaraq, gömrük sahəsində dövlək komitəsindən daha səlahiyyətli qurumdur. Bu səbəbdən də yaxınları Əbülfəz Məlikovu “cənab nazir” deyə çağırırlar. Çünki hazırda onun səlahiyyətləri gömrük komitəsinin sədrindən az deyil. Hətta brokerlər gömrüyə daxil olmayana qədər, Gömrük Komitəsinin heç bir əməkdaşı yük maşınlarını aça bilməz.

“Broker” MMC-nin iş prinsipi, yəni sahibkarlardan “haqq” yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti xüsusi hesablara yönəldir. Onlar oliqarxların maraqlarına uyğun olaraq, idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan qeyri-rəsmi vəsait isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Maraqlıdır ki, Ə.Məlikovun MTN çetesi ifşa olunmazdan əvvəl A.Çovdarovla yaxın münasibətləri olub.(24saat.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar