Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gömrük şefi”nin Türkiyədə həbsi nə ilə bağlıdır? - Rəylər


Qarsdan İqdıra gətirilən Seyidov xəstəxanada müayinədən keçiriləndən sonra idarəyə aparılıb


Fəzail Ağamalı: “Bununla bağlı Dövlət Gömrük Komitəsinə müraciət edin”

Sərdar Cəlaloğlu: “Türkiyədə cinayət törətməyən şəxsi həbs etmirlər”

Dünən Qarsa gedən Sədərək Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov təyyarədən düşən kimi Türkiyənin Mütəşəkkili Cinayatələrə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Qarsdan İqdıra gətirilən Seyidov xəstəxanada müayinədən keçiriləndən sonra idarəyə aparılıb.

PİA.AZ Sədərək Gömrük Məntəqəsi rəisinin Türkiyədə həbsinə Milli Məclisin deputatı, iqtidaryönlü Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludan münasibət öyrənib.

AVP sədri Fəzail Ağamalı bu məsələnin ona aidiyyatının olmadığını bildirib: “Bunun mənə nə dəxli var. Bu məsələni siyasiləşdirməyə və siyasətçiləri bununla bağlı danışdırmağa ehtiyac yoxdur. Bununla bağlı hər hansı vəkilə və ya Dövlət Gömrük Komitəsinə müraciət etsəniz daha yaxşı olar”.

ADP sədri Sərdar Cəlaloğlu Mirməhəmməd Seyidovun tutulmasının təfsilatı barədə məlumatlı olmadığını desə də, bu hadisəni Türkiyədəki son həbslərlə əlaqələndirir: “Türkiyə demokratik, hüquqi dövlətdir. Burada cinayət törətməyən şəxsi həbs etmirlər. Görünür Mirməhəmməd Seyidovun əməlində hər hansı qanunsuzluq olub və bu səbəbdən saxlanılıb. Güman edirəm ki, bu İrandan Türkiyəyə çirkli pulların daşınması ilə bağlıdır. Görünür Sədərək Gömrük Məntəqəsi də bu prosesdə iştirak edirmiş”.

Azər Niftiyev
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar