Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gömrük rüsumlarının yığımı artıb” – Prezident


Azərbaycanda gömrük sahəsində son zamanlar ciddi islahatların aparılıb. Ticarət dövriyyəsinin bir qədər azalmasına baxmayaraq, bu islahatların səmərəli şəkildə həyata keçirilməsi nəticəsində gömrük rüsumlarının yığımı artıb



Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın, Belarusun, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın gömrük xidmətlərinin rəhbərlərini və MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevi qəbul edib.

prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında səmərəli müzakirələrin aparılacağına və müvafiq qərarların qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. Gömrük xidmətlərinin ölkələrin inkişafında mühüm rol oynadığını vurğulayan prezident İlham Əliyev büdcə gəlirlərinin təmin olunmasında və ümumi iqtisadi inkişaf dinamikasında bu xidmətlərin rolunu qeyd edib. Dövlət başçısı Azərbaycanda gömrük sahəsində son zamanlar ciddi islahatların aparıldığını vurğulayaraq bildirib ki, ticarət dövriyyəsinin bir qədər azalmasına baxmayaraq, bu islahatların səmərəli şəkildə həyata keçirilməsi nəticəsində gömrük rüsumlarının yığımı artıb.

Prezident İlham Əliyev qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini qeyd edib. Azərbaycan üçün ümumilikdə MDB çərçivəsində əməkdaşlığın bütün sahələrinin mühüm əhəmiyyət daşıdığını deyən dövlət başçısı ölkəmizdə MDB çərçivəsində çoxlu sayda müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının fəaliyyətinə uğurlar arzulayıb.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin isə bütün iştirakçılar adından Şuranın növbəti iclasının Bakıda keçirilməsi üçün yaradılan imkana görə dövlət başçısına minnətdarlığını bildirib. Şuranın 65-ci iclasının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu deyən V. Bulavin bu tədbirin MDB-yə üzv dövlətlərin gömrük xidmətləri rəhbərləri arasında qarşılıqlı anlaşmanın səmərəli informasiya mübadiləsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib və bu gün MDB-yə üzv ölkələr arasında gömrük sahəsində informasiya mübadiləsinin yüksək səviyyədə aparıldığını vurğulayıb. O, bu cür tədbirlərin, eyni zamanda, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti ilə bağlı aktual məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını deyib.

MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyi çərçivəsində artıq bir sıra mühüm tədbirləri uğurla həyata keçirir. O, Azərbaycana budəfəki səfəri zamanı Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu və bunun onda dərin təəssürat yaratdığını deyib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar