Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Girovları azad etməyin yalnız bir yolu var“- Deputat


Ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb


 Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, işğalçı ölkə girovları hələ də geri qaytarmayıb. Bəs, girovların azad edilməsi üçün hansı addımlar atılmalıdır? 

Millət vəkili Elman Məmmədov AzVision.az-a bildirib ki, Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar erməni girovluğunda olan günahsız azərbaycanlıları düşməndən alıb, bizə qaytaran deyil: “Hesab etmirəm ki, düşmən azərbaycanlı girovları bizə könüllü qaytaracaq. Girovları qaytarmaq üçün bir yolumuz var. Biz düşmən tərəfdən onların dəyər verdiyi mülki və hərbi şəxslərdən kimisə girov götürüb ölkəmizə gətirməliyik. Bunun müqabilində girovlarımızı dəyişdirməliyik. Kimsə düşünürsə ki, düşmən "humanistlik göstərib azərbaycanlı girovları azad edəcək, onlar yanılırlar. 

Ümid etsək ki, beynəlxalq təşkilatların gücü ilə girovlarımızı azad edəcəyik, mən belə bir beynəlxalq təşkilat tanımıram. Necə ki, bu günə qədər bu istiqamətdə bir iş görməyiblər, bundan sonra da ciddi iş görəcəkləri gözlənilmir.Yeganə yol girovları kiminləsə dəyişməkdir. Düşmənin dəyər verdiyi hərbiçi əsir götürsək, ermənilər məcbur qalıb, Kəlbəcər girovlarını geri qaytaracaq. Burada ac-yalavac ermənidən söhbət getmir. Belə ermənilər onsuz da ağ bayraq götürüb, bizim tərəfə keçir. Hesab edirəm ki, başqa yolumuz yoxdur”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar