Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ginnesin rekordlar kitabı”na düşən azərbaycanlı: “Riski çoxdur”


Azərbaycanlı Amerikanı heyran edib


APA TV-nin məlumatına görə, hazırda Birləşmiş Ştatlarda yaşayan Üzeyir Novruzov Azərbaycanda doğulub. Vətənə qonaq gələn sirk ustası ilə görüşüb, həmsöhbət olduq. Üzeyir Novruzov bildirdi ki, illərdir solo çıxış edir. Amma 2015-ci ildə ABŞ-da istedadların yarışmasındakı çıxışı həyatını dəyişib: "Birinci çıxışım idi ki, furor yaratdı. Öz üzərimdə yaxşı işləmişdim. Çarli Çaplinə oxşatdılar. 20 ildir bu işlə məşğulam. Bir gecənin içində populyar olmağın mümkünlüyünə inanmırdım".
 
Məhz nərdivanla çıxış etmək Üzeyir Novruzovun sirk ustası kimi tale yolunu müəyyən edib. Bu, ötən əsrin 70-ci illərində istifadə olunan lakin sonradan unudulan janrdır. Hələ tələbə ikən nərdivanla çıxış etməyə başlayan Üzeyir Novruzovu hətta Moskva Dövlət Sirkinə də dəvət ediblər. Amma hər uğurun bir də pərdə arxası çətinlikləri var: "Riski çoxdur. Amerikada və bir çox başqa ölkələrdə sığortasız işləmək olmaz. Müəyyən hündürlük həddi var. Əgər hədd keçilirsə, tros taxılmalıdır. Bu isə şəxsən mənə mane olur. Gözünüzün qabağında yıxıldım Amerika istedadlar şousunda, çünki tros yox idi. Ayağım və qolum sındı. Hətta illər əvvəl çıxışım zamanı zədə almışdım, komaya düşmüşdüm. Amma məni heç nə dayandırmır. Mən bu işi çox sevirəm".
 
Sirk ustası Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla "Ginnesin rekordlar kitabı"na da düşüb. Yeri gəlmişkən, həyatında yalnız bir dəfə trosdan istifadə edib, o da rekordu yerinə yetirmək üçün.
  
Fürsətdən istifadə edib peşəkar sirk ustasından Bakı Dövlət Sirkinə gedib-getmədiyini soruşduq: "2013-cü ildə getdim, direktorla tanış oldum. Təəssüf ki, inkişaf yoxdur. Binanın özü də, şouların quruluşu da sovet dövründən qalıb. Şou yoxdur. Ayrı-ayrı nömrələrdir. Heyvanlar çıxır. İvanov, Petrov, Sidorov... Hamısı xaricdən gəlir. Öz mədəniyyətimiz inkişaf etmir. Uşaqlara heyvanları göstərmək üçün zooparka da aparmaq olar".
 
O, əlavə edib ki, artıq dünyada heyvanların sirkdə iştirakına yer verilmir. Gənclər real şoular görmək istəyirlər.
 
Tələbəniz varmı? Sualına isə Üzeyir bəy təvəzökarcasına "mən özüm hələ tələbəyəm" deyir.
 
Arzusu Azərbaycanda sirk ustaları üçün münbit şəraitin yaradılmasıdır. Çünki istedadlar çoxdur.
 
O ki qaldı gələcək planlara, Üzeyir bəy filmə çəkilmək, hətta rejissor olmaq istəyir. Ümumiyyətlə, gələcək üçün planları çoxdur. Biz isə öz növbəmizdə həmvətənimizə bol uğur arzu edirik!



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar