Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gənclik və multikulturalizm” layihəsinə yekun vurulub - Fotolar


Azərbaycan Respublikası Pezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Gənclik və multikulturalizm” layihəsinə yekun vurulub


Layihənin öhdəliklərindən biri multikulturalizm ideyalarını təbliğ edən videçarxın hazırlanmasıdır. 
 
Bununla bağlı ölkəmizin bir neçə  rayonunda çəkilişlər aparılıb, müxtəlif etnik qruplardan olan gənclərdən müsahibələr alınıb. Multikulturalizm ənənələrinin Azərbaycan modeli videoçarxda əks olunub. Burada  talışlar, tatlar, ləzgi və başqa millərlərə mənsub insanlar öz yaşayış tərzləri, özünəməxsus adətlərini və digər millətlərlə sülh və anlaşma şəraitində yaşamalarını göstərən fikirlər səsləndiriblər. Videoçarxın hazırlanması üçün əsasən ölkənin rayonlarında çəkilişlər aparılıb.
 
Artıq  “Gənclik və multikulturalizm” layihəsi başa çatıb və həmin videoçarxın təqdimatı keçirilib. Təqdimat mərasimində millət vəkili Çingiz Qənizadə, Dini Qurumlarla iş üzrə DK-nən sədr müavini Gündüz İsmayılov, tanınmış jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, İTV-nin İctimai siyasi proqramlar departamentinin direktoru, peşəkar jurnalist Anar Yusifoğlu iştirak ediblər. Bununla yanaşı təqdimat mərasimində müxtəlif millətlərin nümayəndələri də təmsil olunublar. Tədbirə təhsil işçiləri də qoşulublar.
 
Çıxış edənlər videoçarxın gənclik və multikulturalizm ideyalarını dolğun əks etdirdiyini qeyd edib və bu tip layihələrin davamlı olmasının vacibliyini qeyd ediblər.
 
Xatırladaq ki, “Gənclik və multikulturalizm” layihəsinın rəhbəri Tural Zeynallıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar