Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gənclərin partiyadan itkisi daha ağırdır“



Adil Qeybulla: "Müsavat Partiyasındakı vəziyyət həll olunmasa, partiya siyahıda olan bir quruma çevriləcək"


Müsavat Partiyası başqan seçkilərindən sonra yaranmış vəziyyətdən çıxış yolu tapmasa, partiya getdikcə zəifləyəcək və siyahıda olan bir partiyaya çevriləcək. 

Bunu Trend-ə Müsavatın keçmiş Məclis və Divan üzvü Adil Qeybulla deyib.

O, hesab edir ki, Müsavat Partiyasında başqan seçkilərindən narazı qalanlarla danışıq aparılmalı və konsensus tapılmalıdır: “Əgər bu tapılmırsa, deməli, problem ciddidir və ya bu problemin olmasında maraqlı olan insanlar var. Seçkilərdən sonra belə vəziyyətin yaranacağını proqnozlaşdırırdıq”.

Partiyadan bir sıra gənclərin istefasına münasibət bildirən A.Qeybulla qeyd edib ki, bu gün gəncləri itirmək ciddi itki sayılmalıdır: “Nəzərə alsaq ki, indi partiyalara gəliş yoxdur, o zaman gənclərin partiyadan itkisi daha ağırdır. Gənclərin partiyadan bu şəkildə çıxması, bəzi adamların buna etinasız yanaşması, "5-10 nəfərin getməsi ilə partiya dağılmaz" deməsi siyasi naşılıqdan xəbər verir. Əslində 2003-cü illə müqayisədə Müsavat Partiyasının sıralarında çox ciddi bir seyrəkləşmə var. Bu, çoxsaylı amillərlə, o cümlədən subyektiv, obyektiv amillərlə bağlıdır. Yəni insanların bu və ya digər səbəbdən partiyadan getməsi faktları var”.

A.Qeybulla bildirib ki, belə bir durumda partiya haqqında belə etinasız danışıqlar siyasi naşılıqdan irəli gəlir: “Hazırkı durumdan çıxış yolu ondadır ki, istər yeni başqan, istərsə də rəhbərliyə daxil olan digər şəxslər konsensus haqqında ciddi düşünməlidirlər. Yoxsa mən heç kimi saymıram, heç kim mənə şərt qoya bilməz kimi ambisioz, mənasız və uzağa gedə bilməyən ifadələrlə məsələnin həlli mümkün deyil. Vəziyyətin daha da gərginləşməməsi üçün narazılıqlara son qoyulmalı və konsensus tapılmalıdır. Yox əgər bu olmayacaqsa, Musavat Partiyası getdikcə zəifləyib cəmiyyətdə nüfuzu olmayan, siyahıda olan bir partiyaya çevriləcək”.

Qeyd edək ki, başqan seçkilərindən narazı qalan A.Qeybulla və Müsavat Partiyasının keçmiş başqan müşaviri, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bu gün Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) yaratdıqlarını bəyan ediblər.

Sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib.

Partiya başqanlığına A.Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və S.Əlisoy namizədliyini vermişdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.

Q.İbadoğlu bundan əvvəl Trend-ə müsahibəsində deyib ki, A.Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.

Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İ.Qəmbər başqanlığa namizədliyini verməyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar