Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gənc İlhamçılar” düşərgəsinın iştirakçıları Şəkidə istirahət ediblər


Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay düşərgəsində məktəblilərin istirahətinin yaddaqalan olması üçün silsilə tədbirlər keçirilib


Düşərgədə məktəblilərin istirahəti üçün  maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar, gəzintilər təşkil edilmişdir. Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olmuşlar. Daha sonra  Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilmişdir. Düşərgə iştirakçıları həmçinin  Şəki ponaramasından şəhəri də maraqla seyr etmişlər. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva aparılan ekskursiyalar və gəzintilərin, keçirilən intellektual yarışların düşərgə uşaqlarının dünyagörüşünün,  Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etdiyini bildirmişdir.  
     
“Gənc İlhamçılar” düşərgəsində həmçinin  Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən uşaqlar arasında futbol, voleybol, tennis, qol güləşi, bilyard və digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilmişdir. “Gənc İlhamçılar” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar.  Keçirilən bilik və  idman yarışları düşərgədə uşaqların istirahətini daha maraqlı və yaddaqalan etmişdir.                         

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar