Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gəlin, kürəkən gəlib yığdıqlarımı dağıdacaq“


“Övladlarıma özüm baxıram, dayəyə etibar etmirəm. Xına mərasiminə gedəndə isə ancaq etibar etdiyim qohumumun yanında qoyuram”


Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Xuraman Şuşalı deyib. O, övladlarını dayəyə etibar etməməsinin səbəbini açıqlayıb:

“Evimdə kamera olmadığı üçün yad insanı buraxa bilmirəm. Evimə kamera çəkiləndən, yeni evə köçəndən sonra dayə götürəcəm. Övladlarım çox dəcəldir, aləmi dağıdır. Gərək götürəcəyim dayənin psixoloji vəziyyəti yerində ola ki, ona dözə. Ataları da, mən də enerjili insanıq. Biz yorulan insan deyilik”. 

X.Şuşalı qazancını hara xərcləməsini açıqlayıb:

“Qışda işləyib, yayda gəzməyi sevirəm. Bütün yayı da rayonlarımızı gəzəcəm. Üç övladım var, Allahım ruzisini yetirir. Məclisimin yoxluğundan şikayət etmirəm. Aza qane olan biriyəm. Pulu neyləyəcəm? Bundan sonra bağ, maşın alan deyiləm. Gəlin, kürəkən gəlib yığdıqlarımı dağıdacaq. On il əvvəl aldığım maşını sürürəm. O vaxtın ən bahalı avtomobili idi. Məni maraqlandıran övladlarıma keyfiyyətli yeməklər yedizdirməkdir. Oğlum qan azlığından əziyyət çəkir, hər gün ət yeməlidir. Gündə iki dəfə ona ətli yeməklər hazırlayıram. Mənim qazancım belə şeylərə gedir. Yeyək, yaşayaq, gəzək... Hər şeyim var, Allah olmayanlara da qismət etsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar