Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gələn il neftin qiymətinin artması proqnozlaşdırılır” - Neft üzrə ekspert


“Hesab etmirəm ki, gələn il üçün Azərbaycan neftinin orta ixrac qiyməti hansısa səviyyədə bundan aşağı həddə düşsün”


Bu sözləri iqtisadçı ekspert İlham Şaban Maliyyə Nazirliyinin gələn ilin büdcəsinin təsnifatlarını açıqlayarkən neftlə bağlı proqnozuna münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, Maliyyə Nazirliyi gələn ilin büdcəsində neftin dünya bazarındakı qiymətini 40 dollardan hesablayıb. Maliyyə Nazirliyinin bu proqnozu özünü doğruldacaqmı, yoxsa 2017-ci ildə büdcədə yenidən redaktələrin edilməsi zərurəti ortaya çıxa bilər?

Bu mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Картинки по запросу İlham Şaban

İlham Şaban: “Maliyyə Nazirliyinin götürdüyü 40 rəqəmi kifayət qədər özünü sığortalamayan bir rəqəmdir”.


Maliyyə Nazirliyinin gələn il üçün neftlə bağlı proqnozunu beynəlxalq maliyyə qurumlarının proqnozundan aşağı göstəricidə olduğunu vurğulayan iqtisadçı ekspert İlham Şabana görə, gələn il neftin qiymətinin qalxacağı ehtimalı yüksəkdir:

“Gələn il üçün nəzərdə tutulan proqnozlara nəzər yetirsək, hal-hazırda beynəlxalq maliyyə qurumları və enerji agentliklərinin proqnozları 45-55 $ arasında dəyişir. Ona görə də Maliyyə Nazirliyinin götürdüyü 40 rəqəmi kifayət qədər özünü sığortalamayan bir rəqəmdir. Hesab etmirəm ki, gələn il üçün Azərbaycan neftinin orta ixrac qiyməti hansısa səviyyədə bundan aşağı həddə düşsün. Misal üçün, keçən il orta ixrac qiyməti 54 $ olmuşdu. Ancaq bu il 8 ayın nəticələrinə görə 42.6 $ təşkil edir. 

İlham Şaban: “Hansısa təşvişə lüzum yoxdur”.


Ümumiyyətlə, cari il üçün Brent markalı neft 43 dollar, Azərbaycan nefti isə 44 dollardan bir qədər yüksək proqnoz edilmişdi. Bu illə müqayisədə gələn il neftin qiymətinin artması proqnozlaşdırılır. Bu baxımdan hansısa təşvişə lüzum yoxdur. Digər tərəfdən, Maliyyə Nazirliyi cari il üçün büdcənin proqnozunu dəyişərək 25 dollardan götürmüşdü. Ona görə də bu proqnoz normaldır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar