Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gələn il iqtisadiyyata veriləcək əlavə stimullar iqtisadi aktivliyi artıracaq”

Azərbaycan iqtisadiyyatı aşağı neft qiymətlərinə immunitet qazandıqdan sonra iqtisadi artımın drayveri islahatlardı. Neft gəlirlərinin azalması fonunda Doing Business və Qlobal Rəqabətlilik hesabatlarında ölkəmizin irəliləməsi və ən islahatçı ölkələr sırasına yüksəlməsi, bu ilin ilk 10 ayında qeyri-neft ÜDM-in 2,1 faiz və ixracının 23 faiz artması, strateji valyuta ehtiyatlarının 5 milyard ABŞ dollarına qədər çoxalması birbaşa islahatların nəticəsidir”.
 
Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru  Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, hazırda neft qiymətlərinin 60 ABŞ dollarından keçməsinə rəğmən islahatlar əvvəlki temp ilə davam edir ki, bu da iqtisadi islahatların dönməz xarakter aldığını göstərir.
 
“Gələn illərdə ölkədə qeyri-neft ixracının, sənaye və aqroparkların fəaliyyəti, həmçinin neft-kimya müəssisələrinin işə düşməsi nəticəsində və turizm başda olmaqla xidmətlərin ixracının artması, eyni zamanda idxalın əvəzlənməsi hesabına ölkəyə valyuta mədaxili kanallarının çeşidinin və miqyasının artması, eyni zamanda manatın dayanıqlılığı üçün əlavə imkanlar yaranacaq. 2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar da ümumi iqtisadi aktivliyi artıracaq. Beləliklə, maliyyə-bank sektoru yaranmış əlverişli şəraitdən istifadə etməli, Kredit Zəmanət Fondu və aqrar sığorta mexanizmindən yararlanmaqla real iqtisadiyyatın maliyyələşdirilməsini gücləndirməlidir. Eyni zamanda, bank sektorunun kommunikasiyası gücləndirilməli, rəqabət mühiti və banklararası bazar inkişaf etdirilməli, blok-çeyn və maliyyə texnologiyalarının tətbiqi imkanları araşdırılmalı, risk idarəetməsi gücləndirilməli və bankların kapitallaşdırılması artırılmalıdır. Bu ilin ilk 9 ayında bank sektorunda əldə edilmiş kövrək də olsa müsbət tendensiyaların gücləndirilməsi mümkündür”, - deyə V.Qasımlı vurğulayıb.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar