Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ganja Big Idea Competition” müsabiqəsinə qatıl, öz biznesini qur


Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank vəAzərbaycan Texnologiya Universiteti ilə birlikdə startaplar üçün daha bir müsabiqəyə start verib. Gəncə şəhərində ilk dəfə təşkil edilən “Ganja Big Idea Competition” ideya müsabiqəsi bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verir


Müsabiqədə iştirak etmək istəyənlər 11 sentyabr-10 oktyabr,
2017-ci il tarixlərində https://goo.gl/forms/gULN8W3glCtEFj5F2 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bütün təqdimatlar qəbul edildikdən sonra münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı 10 təqdimat finalçı olaraq seçiləcək və 12 oktyabr tarixində Barama internet səhifəsində və bütün iştirakçıların email ünvanına məktub göndərilməklə elan ediləcək. Oktyabrın 16-da keçiriləcək finalda isə komandalar öz ideyalarını hakim heyətinə təqdim edəcəklər.

Komandalar finalda biznes-planla birlikdə təqdimat hazırlamalı və 10 dəqiqə ərzində çıxış edəcəklər. Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılacaqlar:

1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu
2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu
3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu

Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edir. Ganja Big Idea Competition ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır. 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startupları Ganja Big Idea Competition" müsabiqəsinə qatılmağa və arzularını gerçəkləşdirib biznes qurmağa dəvət edir.

Beləliklə, “İdeya Sizdən - Dəstək Bizdən!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar