Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Futbol tarixinə düşdüyümə şübhə etmirəm“

Kriştianu Ronaldo 93 qolla Çempionlar Liqasının ən yaxşı bombardiridir


Portuqaliyalı hücumçusu UEFA-nın saytının bir neçə sualını cavablandırıb.

- Meydanda sənə ən çox nə xoş gəlir?

- Sevdiyim işi görmək. Oyunumdan həzz almaq və eyni hissi azarkeşlərə də yaşatmaq, qollar vurmaq. Azarkeşlər yaxşı oyun, bol qol görməyi sevirlər. Mənim işim də qalib gəlmək, yaxşı oyun göstərmək, mümkün qədər çox qol vurmaq, komandama kömək etməkdir. "Həzz almaq" xüsusi qeyd ediləsi sözdür. Çünki futbol xoşbəxtlik, istək almaqla yanaşı, acı hisslər də deməkdir.

- "Sporting"in aşağı yaş qruplarında oynayanda hansı futbolçunu xüsusi izləyirdin?

- Düzü, kumirim olan və bənzəmək istədiyim futbolçu olmayıb. "Sporting"dən bir sıra böyük futbolçular keçib gedib. Amma mən həmişə irəli baxmışam. Milli komanda barədə düşünürdüm. Böyük klubun şərəfini qorumaq məsuliyyətli işdir. Lakin milli komandada çıxış etmək də çətindir. İstinad nöqtələrim Portuqaliya futbolunun tanınmış simaları Fernando Kouto, Rui Koşta və Luiş Fiqo idi.

- Gənc yaşlarında hansı uğurlar qazanacağını düşünürdün?

- Həmişə başqa futbolçulardan fərqlənəcəyimi hiss etmişəm. Hiss edirdim ki, gec-tez yüksək səviyyəli peşəkar futbolçu olacam. Bunu tez bir zamanda olacağını düşünmürdüm, amma istedad öz sözünü dedi. Oynadığım bütün klublarda gərgin çalışıb potensialıma inanmışam. Futbolçu və insan kimi çox inkişaf etmişəm. İşimdən həzz alıram.

- 20-30 ildən sonra futbol tarixində Ronaldonu necə xatırlayacaqlar?

- Futbol tarixinə keçdiyimə şübhə etmirəm. İnsanlar bunu istəsə və ya istməsə də, statistika hər şeyi göstərir. Buna sevinən, yaxud sevinməyən kəslər ola bilər. (goal.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar