Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Formula-1″in rəhbəri Azərbaycandan üzr istəyib



“Formula-1″in yeni sədri Çeyz Keri “Liberty Media”nın icraçı direktoru Qreq Maffeyin tənqidlərinə görə yarışların Azərbaycan mərhələsinin təşkilatçılarından üzr istəyib


Bunu “F-1″in Bakı mərhələsinin promouteri Arif Rəhimov deyib.

Bundan əvvəl Qreq Maffey bildirmişdi ki, “F-1″in sabiq sədri Berni Ekklstoun yarışların Bakıda keçirilməsinə yalnız maddi marağa görə razılıq verib.

“Mən Çeyzlə telefonla danışdım. Biz əvvəlcə başqa şeyi müzakirə etdik, lakin bu mövzunu da buraxmaq olmazdı. Biz belə bir qənaətə gəldik ki, heç də hamı bu mövqeni paylaşmır.

Keri baş verənlərə görə üzr istədi. Çeyzin sözlərindən belə çıxdı ki, o [Maffey]in iddiaları ilə qətiyyən razı deyil. Məsələnin bu yerə gəlib çıxması onu məyus edib, mənə isə onun bizim tərəfimizdə olması xoş təsir bağışladı.

Düşünürəm ki, biz indi bütün məsələləri həll etmiş olduq. Qaldı bircə möhtəşəm yarış təşkil etmək üçün gördüyümüz ciddi işləri hamıya göstərmək”, – deyə Arif Rəhimov bildirib.

O əlavə edib ki, Keri Bakı mərhələsinin “F-1″ təqvimində qalmasının tərəfdarı olduğunu bildirib.

“Bizim yarış onun xoşuna gəlir. O, məmnuniyyətlə mərhələyə gələcək”, – deyə A.Rəhimov qeyd edib.(azpolitika)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar