Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Filmlərimi anam gördü, amma atam yox” - Rasim Balayev


"ARB TV"də yayımlanan "Ömrün fəsilləri" verilişinə qonaq olan xalq artisti Rasim Balayev atası ilə bağlı xatirələrini bölüşüb


Axşam.az-ın məlumatına görə, aktyor bildirib ki, atası onun filmlərini görməyib: 

"Atamın tay-tuşlarının əksəriyyəti rəhmətə gedib. Mən artıq sevilirdim, məşhurlaşmışdım. Mənim filmlərimi anam gördü, amma atam yox. Universiteti təzə bitirmişdim ki, atam rəhmətə getdi. Onun ünsiyyəti olan tanışları indi də məni görəndə Rasim Balayev kimi yox, Əhmədin oğlu kimi tanıyırlar. Bununla fəxr edirəm. O rayonda çox hörmətli, mülayim adam idi, yeri düşəndə isə ciddi görkəm alırdı. Hər gün bizim məktəbimizlə maraqlanırdı. Çox ailəcanlı idi".

R.Balayev "Nəsimi" filminə necə dəvət almasından və yaşadığı çətin günlərdən söz açıb: 

"Bu filmə qədər bir çox ekran işində rol almaq üçün baş vurmuşdum. Amma heç birinə təsdiqlənməmişdim. O vaxt işlərim alınmırdı. Atam rəhmətə getdi, məni teatra götürmədilər. Hətta, qayıdıb rayona getməyi düşünürdüm. Yeni ailə qurmuşdum, ev yox, iş yox və belə bir anda xəstəxanadaydım, müalicə alırdım. Mənə gəlib "Nəsimi" filmində oynamağı təklif etdilər. Bu mənə nağıl kimi göründü".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar