Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı hüquqi proses başlayıb“


"Hörmətli Baydenin də dediyi kimi, alçaq çevriliş cəhdinin başında durduğunu düşündüyümüz Fətullah Gülənin lazımi prosedurların aparılmasından sonra ölkəmizə təhvil verilməsi prosesinə başlamışıq"


PİA.AZ-ın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Baydenlə keçirdiyi birgə mətbuat konfransında deyib. 

O bildirib ki, ABŞ-dan olan texniki heyətin Türkiyəyə gəlməsi və Türkiyə prokurorları, hakimləri ilə müzakirələr aparması ABŞ-ın bu işə nə dərəcədə önəm verdiyini göstərir: “Bizim burada əsas gözləntimiz bütün bu hüquqi prosesin vaxt itkisi olmadan irəliləməsi və millətin gözlənitisi olan nəticənin ortaya çıxmasıdır. Demokratiyaya qarşı olan bu addımın dost və müttəfiq ölkə olan ABŞ tərəfindən qəbul edilməyəcəyini bilirik”.
 
B. Yıldırım C. Baydenlə görüşdə terrora qarşı birgə mübarizə məsələlərini də müzakirə etdiklərini söyləyib: “İŞİD və PKK kimi terror təşkilatlarına qarşı mübarizədə qətiyyətimizi ortaya qoyduq. Milyonlarla insan Suriyanı tərk edib. Türkiyə 3 milyondan artıq insana qapılarını açıb. Lakin bu, davam edə biləcək bir vəziyyət deyil. Daha artıq insan itkisi ilə qarşılaşmamaq üçün həll yolu tapılmalıdır. Türkiyə bu münaqişənin həllində iki məsələnin təmin olunmasını istəyir. Birincisi, biz Suriyanın ərazi bütövlüyünün qorunmasında təkid edirik. Türkiyə cənub sərhədlərində kürd qurumunun formalaşmasını əsla qəbul etmir. Bunu milli təhlükəsizliyimiz üçün təhdid sayırıq. İkincisi isə, Suriyada digər etnik qrupların da təmsil olunduğu ədalətli idarəçiliyin təmin olunmasıdır”.
 
B. Yıldırım Türkiyə-ABŞ münasibətlərinin çox uzun tarixi olduğunu vurğulayıb: "Zaman-zaman baş verən bəzi hadisələr nəticəsində bu köklü əlaqələrin yara alması və mənfiyə doğru dəyişməsinə əsla imkan verməməliyik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar