Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fərizə deyirdi ki, mən onsuz yaşaya bilməyəcəm”


ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinin bu dəfəki qonağı, 20 yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev olub


Elxan bəy, qardaşı İlhamdan danışarkən göz yaşlarını saxlaya bilməyib: "1987-ci ildə meydan hərəkatları başladı. 

Dekabrın 4 ündən 5-nə keçən gecə dağıdıldı. İlham o hadisələrin tam içindəydi. O vaxt hamı Xalq Hərəkatına qoşulmuşdu. Bizim zavodun bir sexində də ancaq qadınlar işləyirdi. Həmin qadınlar da bu mitinqlərə getmişdi. Bəzən İlham 3-4 gün evə gəlmirdi. Gedib deyirdim ki, qaqa, evə gəl, yuyun, anam da narahatdır. Sonra yenidən qayıdarsan. Cavab verirdi ki, zavodun qızları buradadır. Elə insanlar da var ki, burada sataşa bilərlər. Yəni o bu qədər qeyrətli biri idi. O zamanlarən fevral ayında Əsgəranda bir hadisə olmuşdu. İlham o hadisədə iştirak etmişdi. Həmin hadisələrdə Əli, Bəxtiyar Azərbaycanın ilk şəhidləri olmuşdur. İlhamın yanında olmuşdu onların hansısa. Bir də 1989-cu ildə Araz çayı boyunca sərhədlər söküləndə İlham da getmişdi. Onun Naxçıvanda İlqar və Əbülfəz adlı yaxın dostları var idi. Oradan gələndə tikanlı məftil gətirmişdi. Soruşdum ki, bu nədir gətirmisən? Dedi ki, qaqa, bu Cənubla Şimalın arasında olan tikanlı məftildir. Əfsuslar olsun ki o tikanlı məftili məndən kimsə götürüb qaytarmadı. Yəqin kimsə sevdiyindən edib. İlhama aid olan əşyaları da gəlib götürürdülər. Axırıncı İlhama aid 3 əşya qalmışdı, "İstiqlal" muzeyinə hədiyyə verdim. Onların arasında Əsgərlik albomu və məşhur şərfi var idi".

Daha sonra qardaşının Fərizə ilə olan sevgisindən danışan Elxan Allahverdiyev, onların bir-birilərinə olan sədaqətlərindən söz açıb: "Onlar bir-birini çox istəyirdilər. Fərizə İlhamı daha çox istəyirdi. İlham səhər 7-də durub işə gedəndə, Fərizə anamı da qoymurdu yemək hazırlamağa. İlhamı yola salırdı, gözdən itəndən sonra evə gəlib otururdu və İlham gələnə qədər dilinə su da vurmurdu. Fərizə özü də hərəkatçı olub, o da mitinqlərdə iştirak edib. Tanklar Bakıya daxil olub atəş açanda, İlham, artıq, bildi ki, onlardakı güllələr həqiqidir. İlham əlin qaldırıb tankın önünə gəlib ki, atmayın, bu insanlar silahsızdır. İlhamı orada vurmuşdular. Fərizə böyük sarsıntı keçirtdi. Özünü yandıranda biz onu tutub yalvardıq. Ancaq dedi ki, məni heç kəs saxlaya bilməz və nə olur olsun mən İlhamsız yaşamayacağam. Mənə o vaxt onun bir sözü çatmadı ki, deyirdi şəklimizi bir yerdə böyüt, tək böyütmə. Yanvarın 22-sində biz onları gətirdik "Şəhidlər Xiyabanı"na. İlk olaraq onlar dəfn olundu. Fərizənin dediyi kimi, cüt olaraq toy şəkillərini verdik. Təsəlli yerimiz də odur ki, İlham canını bilərəkdən fəda etdi. Fərizə də bilərəkdən öz canına qıydı. Bunu hər adam edə bilməz. Mən xalqıma minnətdaram ki, faciəvi günü sevgi günü kimi qarşıladı. Bu günü gənclər çox yüksək səviyyədə qarşılayırlar.  İlhamla Fərizədən yazırlar yazıçılarımız. Könül Ağarahimqızının "İki ömrün əfsanəsi" kitabı,  Bəxtiyar Vəhabzadə və Fikrət Qoca onlar haqda yazıb. Ramiz Rövşən mahnının sözlərini yazıb. Mən razıyam onlara verilən hörmətdən".



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar