Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fərdaya dedim ki, sən insanları aşağılaya bilməzsən”


“Cem Yılmaz özü də söyüşlə güldürür”


Aktyor Elməddin Cəfərov Fərda Xudaverdiyevin “Selfinaz”ı haqqında tənqidlərə münasibət bildirib. Lakin onun bu tənqidlərə münasibəti heç də birmənalı qarşılanmayıb. Belə ki, Elməddin Cəfərov da tamaşaçıları məlumatsızlıqda, savadsızlıqda ittiham edib. 

“Zalda Pifaqoru heç kim tanımadı”

Sosial şəbəkələrdə isə Elməddin Cəfərovun bu fikri də tənqid atəşinə tutulub. Bu barədə Cebhe. info-ya açıqlama verən Elməddin Cəfərov söylədikləri ilə bağlı fikirlərini yanlış anlaşılmasına aydınlıq gətirib: 

“Mənə də söhbət gəldi çatdı. Dedilər ki, sən belə demisən. İnanın, heç özüm də başa düşmədim. Açdım, verdiyim müsahibəni oxudum, oxuduqlarımdan da bir şey başa düşə bilmədim. Fikirlərimə aydınlıq gətirim, oxuyanlar, izləyələnlər və tamaşaçılar da bilsinlər. Deməli, Fərda zalda çıxış edirdi. Və zala səsləndi ki, Pifaqoru tanıyırsınızmı? Zaldan səs gəlmədi. Fərda da Pifaqorla bağlı səhnəcik göstərmək istəyirdi. Zal bundan məlumatsız idi. Təbii ki, Pifaqor haqqında məlumatsız olan insan necə həmin səhnəciyi başa düşə bilərdi ki?

Məcbur olub Fərda zala Pifaqor haqqında məlumat verdi ki, səhnəciyi başa düşsünlər. Hərçənd ki, bunu Fərda səhnədə izah eləməli deyildi. Bunu orta məktəbdə, dərsdə öyrədirlər hər kəsə. Bir neçə dəfə də konsertlərində belə hallar yaşanıb ki, zal məlumatsız olub. Sonra da tənqid olunur ki, intellektual zarafatlar olunmur. Zal axı Pifaqoru, Nyutonu tanımır. Tamaşaçının bu gün tələbatı odur ki, mənə hazır məhsul ver, mən gülüm. Daha düşünüb gülmək məsələsi yoxdur. Ona görə də Fərda son “Stand Up”-ında tamaşaçısına hazır məhsullar təqdim etdi və zalı güldürə bildi. İndi də tənqid edirlər ki, səviyyəli zarafatlar yoxdur. Ancaq şit-şit zarafatlardır. 4 il Fərda düşündürücü zarafatlar elədi, heç kim heç nə anlamadı, heç kim bu haqda yazmadı, amma bir dəfə Fərda zalı güldürə bildi, indi də yazırlar ki, şit-şit zarafatlardır”. 

“Cem Yılmaz özü kim olub ki?”

Elməddin hesab edir ki, Fərda söyüş işlətməməli idi: “O ki, qaldı Fərdanın söyüşlü zarafatlarına, mən demirəm Fərda düz edib, söyüş günahdı. Amma Fərda afişalarında yazıb ki “16+”, yəni, bu açıq-aşkar mesajdır. Mesajdır ki, burada söyüş var. Bəziləri deyir ki, onların ailəsinin qarşısında belə söyüşlü zarafatlar etsə, xoşları gələr? Ay əziz qardaş, burada 16+ qeyd edilib. Əgər ailənin söyüş eşitməyini istəmirsənsə, girmə, baxma. Məcburi deyil ki. Əgər afişasında 16+ olmasa, bəli, mən sizinlə, hər kəslə razı olaram ki, insanları aldadıb gətirib, orda da söyüş söyür. Amma faktiki olaraq orada yazılıb. 

Bir də Cem Yılmaz məsələsi. Müqayisə edirlər, Cem Yımazı tərifləyirlər. Cem Yılmaz özü kim olub ki? Tamaşaçısını ancaq söyüşlə güldürən bir adamdır. Onu biz o qədər böyüdürük-böyüdürük, amma ayda-ildə bir dəfə ağzından söyüş çıxan həmyerlimizi yıxıb başını kəsirik. Tənqid edirik, yıxıb sürüyürük. Bu məsələdə bir az ədalətli olmaq lazımdır. Eybi yox, qoyun Fərda Cem Yılmaza oxşasın, futbolçulaırmız Ronaldoya oxşasın, aktyorlarımız Brad Pitt-ə oxşasın. Amma təki inkişaf edək, qabağa gedə bilək. Nə edək, “Stand Up”-ı yığışdıraq, ləğv edək, jurnalistlər də sakitləşsin, tamaşaçılar da, rəy yazıb tənqid edənlər də. Vaxtilə bizim “Tək səbir” verilişimiz vardı. Az-çox tamaşaçı kütləmiz vardı. O qədər yazdılar-pozdular, tənqid etdilər verilişimiz bağlandı”. 

“Söyənlərə baş qoşmaq lazım deyil”

Bununla yanaşı Fərda Xudaverdiyevin “Selfinaz”ı tənqid edənlərə təhqirlə cavab verməsi, onları aşağılaması və səviyyəsiz adlandırmasına gəlincə Elməddin Cəfərov onunla bu məsələ ilə bağlı danışdığını qeyd etdi: “Mən bu məsələ ilə bağlı şəxsən özüm Fərda ilə danışmışam. Demişəm ki, sən insanları bu cür aşağılaya bilməzsən. And içdi ki, mən ümumi hər kəsi nəzərdə tutmamışam. Sadəcə, Fərda emosional insandı, bütün günü oturub yazılan rəyləri oxuyur. Mən özüm də baxdım, dəhşətə gəldim. Elə təhqirlər edirlər ki, dəhşət. Artıq şəxsinə ünvanlanmır təhqirlər, ailəsini, övladlarını təhqir edirlər.

da hamısını oxuyur və emosiyalarını cilovlaya bilmir, sərt şəkildə onların cavablarını verir. Əslində belə etməməlidir, buna baş qoşmamalıdır. Sadəcə olaraq təhqir yazanlar da yaxşıca düşünməlidirlər. Çünki əgər bu insanı, Fərdanı bəyənmirsənsə, Fərdanı söy, tənqid elə, təhqir eləmə, kim ixtiyar verir ki, kiminsə ailəsini təhqir edəsən? İki dənə oğlu var Fərdanın, oxuyub havalanırlar. Onun uşaqlarının burada nə günahı var?Sadəcə olaraq Fərda orada fikirlərini düzgün ifadə etməyib. Mən sizinlə razıyam, fikirlərini götür-qoy edib, düzgün ifadə etməliydi. Və bundan əlavə o bunlara fikir verməməliydi. İnanın mənim videolarımın altından elə rəylər yazırlar ki, şoka düşürəm. Vallah, billah, bizi pis söyürlər, çox pis söyürlər. Amma heç birinə fikir vermirəm, onların səviyyəsinə enmirəm. Sizə bir reallığı deyim. Türkiyənin “Acun media”sı ilin ən çox söyülən mediasıdır. 

Orada yazılan rəyləri, orada yazılan şərhləri oxuyanda adam dəhşətə gəlir. İndi nə baş verməlidir, sizcə? Acun bir-bir çıxıb onlara cavab verməlidir? Xeyr. Fikir vermək lazım deyil onlara. Onlar hər zaman olub və olacaqlar”. 

““Bozbash Pictures”lə aramızı vurdular”

Elməddin bəzən mediada fikirlərinin təhrif olunmasından danışıb: “Jurnalistlərin hamısına böyük hörmətim var, bu birmənalı olaraq belədir. Sadəcə olaraq bir dəfə mən müsahibə verirdim. Müsahibəni verdim, dərc olunanda aləm qarışdı. Mənə sual verdilər ki, “Bozbash Pictures”lə aranız necədir. Mən də dedim ki, biz kolleqayıq, münasibətlərimiz əladır. Hətta “Bozbaş”dakı Fəlakət obrazının sözlərini yazanlardan biri bizim komandada olan ssenarist Ənvər Abbasovdur. Bunlar da götürüb başlığa çıxardıblar ki, “Fəlakəti Elməddin tapıb çıxardıb səhnəyə”.

A kişi, mən kiməm ki, kimisə də səhnəyə çıxardam. Mənim özümün bu gün yetişməyə ehtiyacım var. Və bunu da başlığa çıxardaraq “Bozbaş”ın uşaqları ilə aramızda olan münasibətlərə soyuqluq gətirdilər. Düzdür, indi hardasa rastlaşanda bir-birimizə quru-quru olsa da salam veririk. Amma arada soyuqluq var. Və mən də heç cür sübut edə bilmədim ki, vallah, mən elə söz deməmişəm. Ona görə də xahiş edirəm, dediklərimin hər birini olduğu kimi qeyd edin. Ümid edirəm ki, bu açıqlama ilə bütün sual yaranan məqamlara aydınlıq gətirə bildim”. 

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar