Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Femina” sahibindən Heydər Əliyev Fonduna - Şikayət

"Femina” xəz-dəri mağazalar sahibi barəsində Bakı meriyasına və Heydər Əliyev Fonduna müraciət olunub


Kürk firmasının rəhbəri Salman Mirzalıyevin 217 saylı körpələr evinin otaqlarını zəbt etməsi narazılıq doğurub.

Bir qrup paytaxtın Xətai rayon sakinlərin media üzərindən etdiyi müraciətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın hər zaman kimsəsiz uşaqların qayğısına qaldığı, məktəb-bağçaların inşasında xüsusi dəstək olduğu, internatların, körpələr evinin yenidən qurulmasına köməklik etdiyi bildirilib.

Müraciətdə məlumat verilib ki, oliqarx səviyyəsində maliyyə imkanlarına malik olan "Femina” xəz-dəri mağazalar şəbəkəsinin rəhbəri körpələr evini işğal edib. 217 saylı bağçanın təyinatı üzrə fəaliyyət göstərməsi üçün müvafiq tapşırıq verilməsini xahiş edən müraciət müəllifləri S.Mirzalıyevin əməllərinin də araşdırılmasını istəyib.

Bakı meriyasına da üz tutan valideynlər BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin şöbə müdiri Eldar Yunusovun məsələyə diqqət yetirməsini xahiş ediblər.

Vizual.az xəbər verir ki, mətbuatda adı neqativ işlərdə hallanan "Femina” sahibinin körpələr evini ələ keçirməsi birbaşa dövlətin bu sahədə yürütdüyü siyasətə qarşı çıxmaqdır. Xüsusilə, Təhsil Nazirliyi və meriyadan başqa, H.Əliyev Fondunun prezidenti bu sahədə çox həssasdır, bu sektora dəstəyini heç zaman əsirgəmir.

Lakin Çin istehsalı olan məhsulları İtaliya, Yunanıstan və ya Kanada malı adı ilə alıcılara sataraq milyonlara sahiblənən S.Mirzalıyev körpələr evini zəbt edib, öz maraqlarını həyata keçirir. Xatırladaq ki, bunu təsdiqləyən sənəd mətbuatda tirajlanıb. Yeri gəlmişkən, "Femina” sahibinin məcburi köçkün kimi müavinət aldığı haqda iddialar da xəbər portallarında yer alıb.

Yada salaq ki, son olaraq "Femina” rəhbərinin həbs edilən MTN generalı, Mahmudov şəbəkəsinin əsas fiqurantı Akif Çovdarovla işbirliyində adı hallanıb. Onun istintaqda dindirildiyi və məhkəmədə də ifadə verəcəyi qeyd olunur. Bu iddialarla bağlı qarşı tərəfin fikirlərini çap etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar