Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fast food” yeməkləri qida borusu xərçəngi riskini artırır


Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir


Belə ki, qida boru xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir. Qadınlara nisbətən kişilərdə qida borusu xərçənginə rast gəlmə ehtimalı 2-3 dəfə daha yüksəkdir. Bu da kişilərin içki, siqaret və s. kimi zərərli vərdişlərə daha çox meyilli olmasından irəli gəlir. Bundan əlavə, "fast food" qidaları da bu xəstəliyin yaranması riskini artırır. Adətən 40-60 yaşarası insanlarda rast gəlinən bu xəstəliyin bəzi hallarda 40 yaşın altında insanlarda da görünmə ehtimalı var.

Movqe.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev AZƏRTAC-a müsahibəsində bildirib.

Həkim deyib: "Qida borusu xərçənginin ilkin əlamətləri qida borusunun funksiyasının pozulmasıdır. Belə ki, bu xəstəlikdən əziyyət çəkənlər ağızda çeynənən qidanı mədəyə ötürməkdə çətinlik çəkirlər. Bu da xərçəng səbəbindən qida borusunun daralması, keçiriciliyin və qidanın mədəyə ötürülmə funksiyasının pozulmasından irəli gəlir. İkinci ən sıx rast gəlinən əlamət isə kəskin arıqlamadır. Adətən belə xəstələr döş qəfəsində ağrı və ya narahatlıq hiss edirlər. Ağrılar qida qəbulu zamanı daha da arta bilər. Bundan əlavə, xəstə qısa, təxminən bir ay müddətində 10-30 kilo arası çəki itirə bilər. Bu da çəki defisitinin yaranmasına səbəb olur. Xəstəlik bəzən öyümə, qusma və hətta qanlı qusma ilə də müşahidə edilə bilər".

Ümumiyyətlə, qida keçməzliyi hissi yarandıqda xüsusi müayinələrdən keçmək vacibdir. Əvvəlcə endoskopiya və rentgenoloji müayinələr tövsiyə olunur. Müayinələr zamanı qida xərçəngi şübhəsi yarandığı təqdirdə biopsiya olunur ki, bununla da xərçəng tam təsdiqini tapır.

"Diaqnoz təsdiqləndikdən sonra müalicə taktikasını seçmək məqsədilə kompüter tomoqrafiya və s. vasitəsilə xəstəliyin hansı mərhələdə olduğu müəyyən edilir. Qida borusu xərçənginin əsasən üç müalicə üsulu var. Bunlar cərrahi müdaxilə, kimya və şüa terapiyasıdır. Erkən aşkar olunan qida borusu xərçəngi zamanı ömrün uzadılması məqsədilə cərrahi əməliyyat keçirilməlidir. Xərçəngin yerləşməsindən asılı olaraq, əməliyyat iki və ya üç mərhələli ola bilər. Əməliyyatın texniki cəhətdən çətin olmasına baxmayaraq, səhiyyənin inkişafı ilə bu növ cərrahi müdaxilələrin riski də zamanla azalır. Qida borusu xərçəngi zamanı yaşam müddəti xəstəlik aşkarlanan zaman hansı mərhələdə olmasından asılıdır", - deyə A.Ağayev qeyd edib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar