Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Eynşteyn həm də deyib ki, “Mebeli qız evi almalıdır”


Demək olar ki, həmişə mübahisəyə səbəb olan din və elm müzakirəsinin həmişə sonu natamam olur


Din xadimləri elmin dinə söykəndiyini iddia etsələr də, elm adamları bunun tam əksini deyir. 

Elm adamlarının fikrincə din keçmişdən günümüzə qədər gəlib çıxmış şifahi ədəbiyyatın dastan növünə çox bənzəyir. Din adamlarının fikrinə görə isə, din hal hazırda bizim elmin təməlini qoyub.İnanclarımızı müqaisə etmək lazım deyil. Kim hansına nə dərəcədə inanırsa artıq hər kəsin öz işidir. 

BAKU.WS saytının verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Real Tv-ə verdiyi müsahibədə Albert Eynşteynin din haqqında fikirindən danışıb. Onun dediklərinə görə Albert Eynşteyn din haqqında bu cümləni işlədib:

“Dini inkar edən elm çolaqdır, kordur”.

Bu fikirin nə dərəcə də düzgün olduğunu bilmək üçün əməkdaşımız Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovdan açıqlama alıb. 

Əgər feysbukda yazılanlara inansaq, Eynşteyn həm də deyib ki, “Mebeli qız evi almalıdır”. 

Bunu Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib. 

Onun sözlərinə görə, Eynşteyn heç bir dinə inanmayıb və deist olub: 

“Əgər feysbukda yazılanlara inansaq, Eynşteyn həm də deyib ki, “Mebeli qız evi almalıdır”. Amma ciddi yanaşsaq, Eynşteyn heç bir dinə inanmayıb və deist olub. O, inanırdı ki, təbiətdəki harmoniyanı, fiziki qanunları yaradan dərkedilməz bir Qüvvə var, amma bu Qüvvə dinlərin adından danışdığı Allaha qətiyyən bənzəmir. Dinlərin adından danışdığı Allah konkret şəxsdir, kiməsə qəzəbi tutur, kimisə dostu sayır, birindən qisas alılr, başqasını mükafatlandırır. 

Bütün bunlar “ŞƏXSƏ” xas olan keyfiyyətlərdir. Siz, təsəvvür edə bilərsinizmi ki, məsələn, hansısa Qüvvənin bəyənmədiyi əməl olsun? Deistlərə görə, Qüvvə - Qanun deməkdir, hamıya qarşı neytraldır. Yəni Cazibə Qanunu üçün fərqi yoxdur, siz yaxşı adamsınız, yoxsa pis, o, hər ikisini eyni qüvvə ilə yerə yıxır.

Eynşteynin özü də dinə inanmadığını gizlətməyib. 1921-ci ildə Nyu-York sinaqoqunun ravvini Herbert Qoldşteyn Eynşteynə “Do you believe in God?” sözləri yazılmış teleqram göndərib. Eynşteyn suala cavabını New York Times qəzetində dərc etdirib. O cavabı sözbəsöz əzbər bilirəm. Cavab belə idi: “Mən Spinozanın Allahına inanıram – o Allaha ki, özünü bütün mövcudatın harmoniyasında göstərir. İnsanların əməllərilə maraqlanan və taleləri yazan Allaha isə inanmıram”.

İnsanların əməllərilə maraqlanan allaha inanmamaq elə dinə inanmamaq deməkdir. Çünki dinlərin Allahı insanların hər bir əməlilə çox möhkəm maraqlanır. Eynşteynin bu inancını bəzən “kosmik din” də adlandırırlar.

Eynşteynin dini görüşlərilə bağlı spekulyasiyalara yol açan bəhanələrdən biri onun dediyi “Allah zər atmır” sözləridir. Bu sözlərin dinə dəxli yoxdur, o, bunu zərb-məsəl kimi başqa kontekstdə deyib. Eynşteyn kvant mexanikasının Kopenhagen interpretasiyanın əleyhinə idi və həmin sözü o nəzəriyyənin tərəfdarlarını ələ salmaq üçün söyləmişdi. Yeri gəlmişkən, o mübahisəni Eynşteyn uduzdu - zaman göstərdi ki, əks tərəfdəki alimlər, yəni Bor, Şrödinger, Plank haqlı imişlər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar