Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Expo 2025 Azərbaycanın gələcəyi üçün müstəsna layihədir”



Beynəlxalq Sərgilər Bürosunun (BSB) baş katibinin müavini Dimitri Kerkentzes Expo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının hazırlıq prosesi ilə tanış olmaq məqsədilə Azərbaycana səfər edib


Media nümayəndələri ilə görüşdə D. Kerkentzes bildirib ki, Bakı Expo 2025-ə ciddi hazırlaşır: 

“Artıq bu istiqamətdə İşçi və Əməliyyat qrupu fəaliyyət göstərir. Bakı digər rəqiblərindən geri qalmır. Layihənin həyata keçirilməsində gənclərin müstəsna rolu olacaq. Səfərim zamanı Expo 2025-ə cavabdeh olan bir sıra rəsmilərlə - Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, onun köməkçisi, Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifovla maraqlı və faydalı görüşlər keçirmişəm. Bakı namizədlik uğrunda mübarizədə var gücü ilə çalışır”. 
 
Expo ailəsi üçün Bakının kifayət qədər cəlbedici ölkə olduğunu vurğulayan qonaq qeyd edib ki, Expo 2025 Azərbaycanın gələcəyi üçün müstəsna layihədir: “Mart-aprel aylarında Beynəlxalq Sərgilər Bürosunun Qiymətləndirmə Missiyasının Bakıya səfəri olacaq. Qiymətləndirmə Missiyası Expo 2025-ə digər namizədlər - Paris, Osaka və Yekaterinburqda da olacaqlar. Qiymətləndirmə Missiyasının fəaliyyətindən sonra gələn ilin noyabrında qalib şəhərin adı açıqlanacaq. Bakı Qiymətləndirmə Missiyasını, Beynəlxalq Sərgilər Bürosunun üzvü olan 170 dövləti Expo 2025-in şəhərinizdə keçirilməsinə inandırmalıdır”.
 
D. Kerkentzes media nümayəndələri ilə görüşdən sonra Expo 2025 Bakı kitabına ürək sözlərini yazıb.
 
Qeyd edək ki, mayın 18-də Azərbaycan prezidenti İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə BSB-ya rəsmi məktubu təqdim edilib.
 
Bu ilin sentyabr ayında Bakının Expo 2025 sərgisinə dair namizədlik dosyesi Büroya təqdim olunub. 
 
“İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” Azərbaycanın sərgi üçün təqdim etdiyi mövzudur.
 
Azərbaycanın əlavə olaraq təqdim etdiyi üç alt mövzu - İstedad, Sağlamlıq və Nailiyyət - BMT-nin müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir. 
 
Azərbaycanın Birinci vitse - prezidenti Mehriban Əliyeva noyabrın 14-də Parisdə, Royal Pavilyonda Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda iştirak edib.
 
Azərbaycan nümayəndə heyəti noyabrın 15-də Parisdə BSB Baş Assambleyasının 162-ci sessiyasında Bakı şəhərinin Expo 2025 Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün xüsusi təqdimat keçirildiyi iclasa qatılıb.
 
Expo 2025-ə iddialı digər namizədlər - Fransa (Paris), Yaponiya (Osaka) və Rusiyadır (Yekaterinburq).
 
BSB 1928-ci ildə yaradılıb. Büro Ümumdünya Sərgisi, İxtisaslaşdırılmış Sərgi və digər beynəlxalq sərgilərin keçirilməsi ilə məşğuldur. 170 dövlət BSB-nin üzvdür.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar