Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Exchange”lərin “bəxti” nə vaxt açılacaq?


Əkrəm Həsənov: “Hər bir halda ilin sonunadək bu məsələ həllini tapacaq”


2017-ci il aprelin 25-də Milli Məclisdə “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklər nəticəsində iki il öncə bağlanan “Exchange”lərin (valyutadəyişmə məntəqələri) fəaliyyətinə icazə verildi. Lakin üzərindən 5 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də paytaxtda valyutadəyişmə məntəqələrinin qapısı bağlıdır.

Hazırda bu prosesi banklar həyata keçirsə də, şənbə və bazar günlərində, həmçinin bayram günlərində, eləcə də iş vaxtının bitdiyi saatlarda yerli vətəndaşlarla yanaşı turistlər də valyuta dəyişmədə çətinlik yaşayırlar. Şəhərin mərkəzində turistlərin daha çox toplaşdığı yerlərdə bank filialları önündə növbələr yaranır. Bəs görəsən, VDM-lərin hələ də fəaliyyətə başlamamasının səbəbinədir?

“Yeni Müsavat”a açıqlamasında bu problemi şərh edən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov vurğuladı ki, ümumilikdə hazırda valyutadəyişmə ilə bağlı çətinlik yoxdur: “Banklar və onların filialları məhdudiyyətsiz xarici valyuta satır və alır. Sadəcə, bütövlükdə bankların vəziyyəti ağır olduğu üçün istirahət günlərində işləmək onlara xərclər baxımdan sərf etmir. Qeyri-iş günlərində valyuta alıb-satan az olur deyə banklara da həmin günlərdə işləmək sərf etmir (əmək haqqı və s. xərclər var). Bununla belə, qeyri-iş günlərində bəzi filialları işləyən banklarımız da var, onlar mübadilə əməliyyatları aparır. Avropa ölkələrinin çoxunda hətta bank filiallarının əksəriyyəti hazırda valyuta mübadiləsi əməliyyatları aparmır. Çünki tələbat azdır. Bizdə də hazırda tələbat azaldığı üçün vəziyyət belədir”.

Valyuta mübadiləsi məntəqələrinin fəaliyyətinə gəlincə, iqtisadçı qeyd etdi ki, hələ may ayında “Valyuta tənzimi haqqında” Qanuna bu barədə müddəalar daxil edilsə də, qanunun icra mexanizmləri tam hazır deyil: “Dövlət başçısı may ayında imzaladığı fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıb ki, 3 ay ərzində prezidentlə razılaşdırmaqla, valyuta əməliyyatlarının aparılması qaydasını, Vergilər Nazirliyi ilə razılaşdırmaqla, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydasını hazırlasın. Habelə, valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın alınması üçün ərizənin formasını, valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını, girov vəsaitinin geri alınmasına dair rəyin formasını, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərini, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərini, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi əraziləri, habelə təsdiqedici sənədlərin siyahısını müəyyən etsin. Görünən odur ki, bütün bu işlər hələ yekunlaşmayıb. Ümumən Prezidentin bu cür göstərişlərini nəinki aylarla, hətta illərlə icra etməyən qurumlar var. Bu artıq adi hal alıb. Palatanın 3 aylıq müddəti isə təzəcə bitib. Düşünmürəm ki, burada istək və ya iradə yoxdur. Sadəcə, yay ayları idi, məmurlar istirahət edirdilər, ola bilər ki, payızda bu iş intensivləşsin. Həm də Palatanın işi çoxdur. Bu işlərin görülməsinə onun daxilindəki hərc-mərclik də mane olur. Hər bir halda yəqin ki, ilin sonunadək bu məsələ həllini tapacaq. Bununla belə, düşünmürəm ki, VDM-lərin sayı çox olsun. Bu, biznes kimi artıq elə də sərfəli deyil. Amma hər bir halda yaranacaqlar və o cümlədən qeyri-iş günlərində valyuta dəyişmək problemini həll edəcəklər”.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “Yeni Müsavat”a verilən məlumatda isə bildirilir ki, hazırda yerli vətəndaşların və turistlərin valyuta ehtiyaclarının qarşılanması ilə bərabər, onların bank xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində çətinliklər tamamilə aradan qaldırılıb. Görülən tədbirlərin nəticəsi olaraq paytaxtda, bölgələrdə, eləcə də turistlərin sıx cəmləşdiyi yerlərdə ölkə vətəndaşları və turistlərin valyuta dəyişmə xidmətləri ilə bağlı heç bir çətinlikləri qalmayıb. Hazırda bu iş bankların baş ofisi, filial və şöbələri tərəfindən həyata keçirilir, bəzi bankların mübadilə şöbələri həftənin bütün günləri 24 saat müştərilərə xidmət göstərir. Əsas ticarət mərkəzlərində yerləşən banklar isə uzadılmış iş rejimində çalışırlar. Turistlər həmçinin paytaxtın 5 ulduzlu mehmanxanalarında yerləşən bankların filial və şöbələri və orada yerləşdirilmiş valyuta mübadiləsi terminallarından istifadə etməklə valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilirlər.

Bayramlar və beynəlxalq miqyaslı tədbirlər zamanı isə MBNP-nin tövsiyəsi ilə banklar qeyri-iş günləri daxil olmaqla, gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

MBNP maliyyə nəzarəti orqanı olaraq, istehlakçıların bank xidmətlərinə rahat çıxışının təmin edilməsinə daim nəzarət edir və yarana biləcək çətinliklərin aradan qaldırılması üçün mütəmadi olaraq monitorinqlər təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar