Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Evimizdən heç yana gedən deyilik” - Cəbhəyanı kənddən reportaj


Cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərsələr də, bunun qarşısı qətiyyətlə alınıb


Düşmən öz uğursuzluğunu ört-basdır etmək məqsədilə guya cəbhəyanı kəndlərdə yaşayan azərbaycanlıların evlərini tərk etdiyi barədə dezinformasiyalar yayır.
 
APA TV-nin çəkiliş qrupu düşmən mövqelərinə yaxın yaşayış məntəqələrindən olan Ağdam rayonunun Qaradağlı kəndində olub. 5000 nəfər əhalisi olan kənd aprel döyüşləri zamanı böyük zərər görüb. Azərbaycan dövləti erməni artilleriyasının dağıtdığı evləri bərpa etdikdən sonra hamı bir nəfər kimi öz evinə qayıdıb.
 
Qaradağlı icra nümayəndəsi Arzu Muradov ermənilərin son addımlarından təəccüblənmədiklərini bildirib: "Bu bizim mənfur qonşuların sifətidir. Dinc əhali yaşayan yerlərdə silah işlətmək heç bir qanuna sığan iş deyil. Amma ona baxmayaraq, hər an gözləyirik. Keçən il aprel ayında da biz onu gördük. Kəndimizdə 200-dən çox evə ziyan dəydi, yaralananlar oldu".
 
Qaradağlı kənd sakini Rəhbər Məmmədov ordumuza və prezidentə güvəndiklərini vurğulayıb: ""Qaradağlı kənd sakiniyəm, hazırda da burda yaşayıram. Ordumuza da, prezidentimizə də arxayınam. Burdan da bir yana gedən deyilik".
 
Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Zülfü Qasımovun sözlərinə görə, rayonun bütün idarə və müəssisələri gücləndirilmiş iş rejimində çalışır: "Son günlər qoşunların təmas xəttində mütəmadi olaraq ermənilər tərəfindən atəşkəs pozulur və çox ciddi gərginliklər yaranır. Əhali arasında müəyyən işlər görmək, təbliğat aparmaq, problemlərin həll olunması üçün bütün aparat işçiləri, rayon aktivdir. Demək olar ki, hər gün onlarla bir yerdə oluruq, söhbətlər aparılır, onların problemləri ilə maraqlanılır".
 
Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar