Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Evdə mənim sözüm bir dəfə deyilir”

Əməkdar artist Almaz Ələsgərli qızlarından danışıb


Axşam.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, övladları barədə neqativ fikirlər söyləyən insanlara heç bir zaman cavab vermir:

“Hamının övladı var. Balalarımız bizim ən yaralı yerimizdir. Kim ki, övlada söz atır, pis nələrsə deyir, o insan deyil. Bütün valideynlər istəyir ki, övladın qarşısında gözü kölgəli olmasın. Qızlarım barəsində pis nələrsə deyənlərə fikir vermirəm. Bir qızım xaricdə həkimlik işində işləyir, elə orada da qalır. Artıq xarici vətəndaşdır. Elə 2-ci qızımın da səfəri oradır. Orada oxuyacaq”. 

A.Ələsgərli bir müddət öncə qızları barədə söylədiyi “Onları döymüşəm” sözlərinə də aydınlıq gətirib: 

“Əlbəttə ki, uşağa balaca vaxtı sillə olmalıdır. Kim deyə bilər ki, uşağını vurmayıb. Belə bir deyim də var ki, qızını balaca vaxtından döyməsən, sonra dizinə döyərsən. Demirəm ki, uşağı döy, əzişdir. Mən elə etməmişəm. Elə indiyə qədər övladlarım mənim bir baxışımdan hər şeyi anlayırlar. Elə bilirsiniz ki, elə onların üzünə gülürəm? Evdə mənim sözüm bir dəfə deyilir. Onlara da demişəm ki, 2-ci dəfə mən söz deməyəcəm. O da onların beynində qalıb. Elə etməsəydim, indi onlar mənə hörmətlə yanaşmazdılar. Mən indi rahatam. Çünki qızım insanlar içinə çıxır və nə danışacağını da bilir. Mən övladlarımdan çox arxayınam. Çünki vaxtında onlara hər şeyi verə bilmişəm”. 

Qeyd edək ki, A.Ələgərlinin iki övladı var. Onun böyük qızı Mədinə İsveçrədə, kiçik qızı isə Bakıda yaşayır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar