“Eurovision : 2017” mahnı müsabiqəsində Cənubi Kipri təmsil edəcək müğənninin adı açıqlanıb
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kipri erməni mənşəli müğənni Hovig Demirjian təmsil edəcək.
27 yaşlı ifaçı Kiyevdə Kipr adına çıxış edəcək.
Xatırladaq ki, o, daha əvvəl 2010 və 2011-ci illərdə yarışmanın milli seçim turlarında iştirak edib.
Həmçinin, “ANT 1”də (Yunanıstan və Cənubi Kiprin ortaq kanalı) yayımlanan “X- Factor” yarışmasının 7-cisi olub.
pia.az