Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Euronews” İvanovkadan reportaj yayımladı - Foto, Video


Reportajda molokanların tarixi və həyat tərzi barədə geniş məlumat verilib


 “Euronews” telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan molokanlar haqqında geniş video-reportaj yayımlayıb.

Video-materialda bildirilib ki molokanların ilk evlərinin 1834-cü ildə Azərbaycanın İsmayıllı rayonunda tikildiyi qeyd olunur. Sujetdə qeyd olunub ki, İvanovka kəndinin əhalisi etnik ruslardan ibarətdir və molokan icmasının yaşadığı ərazilərdən biridir. Reportajda molokanların tarixi və həyat tərzi barədə geniş məlumat verilib.

Bildirilib ki onlar dua etmək üçün toplaşanda nəinki videokamera, hətta mobil telefon belə gətirmək qadağandır. “Euronews”un əməkdaşlarına münasibətdə bu məsələ istisna təşkil edib. İvanovkanın yaşlı sakinlərindən biri Matvey Ermolov bildirib ki, birgə dua etmək üçün yığışmaq, həmçinin icmanın görüş anıdır. Bura toplanmaq həm də məsələlərin birgə həllini tapmaq üçün səbəbdir.

Sujetdə qeyd olunub ki, İvanovkada sanki zaman donub. Çünki demək olar ki, hər bir molokanın evində soba vardır. Bu gözəllik üçün deyil, ənənəvi dadlı yeməkləri bişirmək üçündür. Heç bir ailəvi və bayram toplantıları “əriştəsiz” keçmir.

Telekanalın yayımda Valentina Serebrannikova “Euronews”-un müxbirlərinə “əriştə” təklif etdiyi də əks olunub.

Reportajda məhz İvanovkada Azərbaycanda sovet dövründən qalan yeganə kolxozun fəaliyyət göstərdiyi xüsusi vurğulanır. İvanovka sakini İvan Novoselsev telekanala müsahibəsində bütün ömrü boyu kolxozda işlədiyini bildirib. Təqaüdə çıxdıqdan sonra o, arıçılıqla məşğul olur.
“Euronews” telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan molokanlar haqqında süjetdə bildirilib ki, İvanovka sakinləri tarixi ənənələrinə çox sadiqdirlər, eyni zamanda, dəyişikliklərdən də qorxmurlar.(anspress)












Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar