Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Etiraz edən İran xalqına əvvəlkindən daha fərqli mesaj göndərəcəyik”



Jurnalist Qreta Van Sasterenin Amerikanın Səsinin media platformaları üçün keçirdiyi eksklüsiv müsahibədə ABŞ Vitse-Prezidenti Mayk Pens İranda cərəyan edən etiraz dalğası və ABŞ-ın bu ölkədə baş verənlərə münasibəti ilə bağlı fikirlərini bölüşüb


-Cənab Vitse-Prezident, sizi görməyimə şadam.

-Xoş gördük, Qreta. Təşəkkürümü bildirirəm.

-İranda hadisələr baş verir. Anlayıram ki, orada situasiya mürəkkəbdir, zərifdir. ABŞ nə edəcək, yaxud nə edə bilər? Bilirəm ki, tvitlər və dəstək bəyanatları verilib. Bəs əməldə necə?

-Əvvəlcə onu nəzərə almaq lazımdır ki, İran dünyada terrorizmi dəstəkləyən və maliyyələşdirən qüvvədir. Onlar öz xalqına zülm edib, insan hüquqlarını tapdalamaqla yanaşı terrorist ixrac edərək regionda təhlükəli destabilləşdirmə gücü olaraq qalmaqda davam edir. İran xalqının ayağa qalxıb öz ölkələrində dəyişiklik tələb etməsi bütün azadlıqsevər amerikalıları və dünyada azadlığı dəyərləndirən insanları ürəkləndirməlidir. Onu da deməliyəm ki, 2009-cu ildə İranda Yaşıl İnqilab baş verən zamanı ABŞ prezidentinin sərgilədiyi tam sükutla indiki durum arasında təzad var.

-O, bir neçə gün gözlədi, gözlədi, gözlədi və sonra danışdı…

-Bəli, ancaq düşünürəm ki, Prezident Donald Trampın İranın şəhərləri boyunca baş verən etirazları açıq şəkildə alqışlayaraq dəstək verməsi Amerikanın azadlıq carçısı kimi dünyadakı roluna daha çox uyğundur.

-Dəstəyə gəldikdə, ortada bəyanat var. Prezident Obama da 2009-cu ildə bir neçə gün ləngidikdən sonra bəyanat verdi…

-Bu, sadəcə bir neçə günlük gecikmə deyildi. Çünki, mən də orda idim. Xatırlayırsınızsa, o zamanlar mən Konqres üzvü kimi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü idim. Mən yaxşı xatırlayıram ki, 2009-cu ildə saxta seçkilərdən sonra əsasən gənclərdən ibarət hərəkat ərsəyə gəldi. İnsanlar küçələrə çıxır, İran xalqı cəsarətlə azad və demokratik gələcək tələb edirdi. Bəs həmin hadisələrin fonunda biz Ağ Evə, Amerika liderliyinə baxanda nə görürdük? Heç nə. Obamanın rəhbərliyi altında qulaqbatırıcı səssizlik hökm sürürdü. Konqres üzvü olaraq mən də həmin dövrdə Xarici Əlaqələr Komitəsinin sədri olan Demokrat konqresmən Hovard Bermanla birlikdə qətnamə tərtib etdik. Bizim təqdim etdiyimiz qətnamə Nümayəndələr Palatasındakı səsvermədən yekdilliklə keçdi. Daha sonra Senator Con Makkeyn və Co Liberman qətnaməni Senatda səsverməyə çıxardı. Senatda da qətnamə yekdilliklə qəbul olundu. Yalnız bunlardan sonra biz Prezident Obama və administirasiyadan bir reaksiya görə bildik. Keçmis administirasiyanın sükutu və azadlığa olan dəstəyin müvəffəqiyyətsizliyi ilə Donald Trampın birmənalı şəkildə cəsarətli İran xalqının yanında durması arasındakı fərq budur. Bilirəm ki, bizim dəstəyimiz bütün ölkə boyu şəhərlərdə küçələrə çıxaraq etiraz edən xalqa ümid verir və biz bu dəstəyimizi davam etdirəcəyik. Həm də yalnız sözdə yox – onlar ölkədə bu dəyişikliyi həyata keçirdikcə. Mən sizi əmin edirəm ki, ABŞ və bütün dünya daha azad və daha firavan gələcək istəyən İran xalqının yanındadır.

-1956-cı ildə Macarıstanda xalq qalxdı və oxşar dəstək var idi. 1991-ci ildə kürdlər üsyan edəndə 41-ci prezident Ata Buş və Yaşıl İnqilab zamanı siz dediyiniz kimi Konqres birmənalı dəstək ifadə etmişdi, Prezident Obama da cavab vermişdi. Amma bu cür dəstəklər heç də həmişə arzuolunan nəticə vermir. Bu dəfə ABŞ üçün dəstəkləməyə bir şansdır. Ancaq Birləşmiş Ştatlar küçələrə çıxmış insanlara dəstək vermək üçün konkret nəsə edə bilərmi?

-Əgər İran xalqı öz azadlıqları və dəyişiklik üçün onillər əvvəl ölkələrini ələ keçirmiş radikal ideologiya və dünyaya terror ixrac edən hökümətlərinə qarşı etirazlarını davam etdirsə, ABŞ və dünyanın başqa ölkələrinin onlar üçün edə biləcəyi böyük imkanlar var. Fikir verin ki, keçmiş administirasiya təkcə demokratiya üçün etiraz edən gözəl və cəsarətli İran xalqına qarşı səssiz qaldı. Onlar həmçinin iflasa uğrayan İran Nüvə Konvensiyasını qəbul etdilər. Hansı ki, Prezident Tramp müqavilənin yenidən imzalanmasını rədd etdi və biz bu sahədə liderliyimizi davam etdirəcəyik. Əvvəl ümid var idi ki, nevə razılaşması İranı daha müasir olmağa cəsarətləndirər. Ancaq biz bunun şahidi ola bilmədik və insanlar yenidən küçələrə axışmağa başlayıb. İndi isə bizim Amerika ənənəsinə sadiq qalaraq insanlara “biz sizinləyik, sizə azad və firavan gələcək qurmağınız üçün dəstək veririk” deyən prezidentimiz var. Hesab edirəm ki, bu çox böyük əhəmiyyətli bir fürsətdir. Mənim həmişə inanmışam ki, keçmiş Sovet İttifaqı dissidentləri Ronald Reyqanın “şər imperiyası” çıxışını dinləməklə yalqız olmadıqlarını bildilər və ürəkləndilər. Bu gün küçələrə çıxaraq etiraz edən cəsarətli İran xalqı bilmədilər ki, onlar tək deyillər. Prezident Donald Trampın liderliyi altında bütün Amerika xalqı onları dəstəkləyir. Əgər onlar öz şücaətlərini davam etdirib azad və demokratik gələcəyə nail olsalar, ABŞ və bütün dünya onların yanında olacaq.

-Prezident indiyədək Tvitter vasitəsilə çıxış edib. Hökumət isə İranda Tvitteri, Teleqramı, Feysbuku və Instaqramı qapadıb. O üzdən İranda sosial mediaya çıxış yoxdur. Bu müsahibə İrana çatacaq, çünki Amerikanın Səsi orada izlənilir. Sözümün canı budur ki, onlar prezidenti eşitməyə bilər. İkincisi – şübhə var ki, İranda bir çox adamlar prezidentin immiqrasiya siyasətindən narazıdırlar – söhbət İrandan olan adamların ABŞ-a gəlişinə qadağadan gedir. Ona görə də İrandakı insanların bu çağırışlara reaksiyasını bilmirəm.

-İranda ayətullalar və rejim tərəfindən edilən təzyiqlər təəccüb doğurmur. Onlar fundamental insan hüquqlarını inkar edən və sosial medianı bağlayan hökümət olaraq qalmaqda davam edirlər. Bu da gözləniləndir.

-Bu çağırışlar Tvitter vasitəsilə edilir. Prezidentin insanlara müraciəti üçün başqa çıxış vasitəsi varmı? Məsələn Senator Lindzi Qraham təklif edib ki, Prezident bu məsələ ilə bağlı Amerika xalqına müraciət etsin.

-Hesab edirəm ki, prezident bu gün səhər sosial media vasitəsilə birbaşa İran xalqına müraciət edib.

-Ancaq onların sosial mediası yoxdur. Problem budur.

-Sizi əmin edə bilərək ki, istər prezident, istər mən, istər dövlət katibi, istərsə də səfir Nikki Heyli küçələrdə etiraz edən İran xalqına 9 il əvvəlkindən daha fərqli mesaj göndərəcəyik. Onlar bilməlidir ki, Amerikan xalqı həm İranda, həm də bütün dünyada azadlıqsevər insanların yanındadır. Mən səmimən dua edirəm ki, İranın gənc və ali savadlı insanları ABŞ və xalqının onların təbii müttəfiqi olduğunu başa düşsün. Biz onların demokratik və azad gələcək əldə etdiklərini görmək istəyirik. Biz onların dünya üçün təhlükə olan, dünyanı təhdid etmək üçün nüvə silahı inkişaf etdirən rejimdən uzaqlaşmalarını görmək istəyirik.

-Əgər prezident nüvə anlaşmasını yenidən sertifikatlaşdırmasa nə gözlənilə bilər? İranda insanlar güman edirdilər ki, anlaşmanın sertifikatlaşması dondurulmuş pulları açacaq, iqtisadiyyatı dirçəldəcək, amma bu baş vermədi. O üzdən də etiraz var. Əgər anlaşma sertifikatlaşdırılmasa, nə baş verəcək? İran xalqını qarşıda nə gözləyir?

-Prezident tam aydın şəkildə bildirdi ki, razılaşma yenidən imzalanmayacaq.

-İran xalqına nə olacaq?

-Sizin dediyiniz məsələ ilə bağlı başqa qərarlar verilməlidir, Qreta. Sanksiyalar qoyulmasına davam ediləcək ya yox, prezident bu ayın ortasına qədər məsələ ilə bağlı qərarını verəcək.

-Siz güman edirsiz ki, bu, kömək edəcək? Sanksiyalar? Mən sanksiyaların əleyhinə deyiləm. Mən Myanmaya sanksiyalara tərəfdaram. Ümumilikdə sanksiyaların əleyhinə deyiləm. Ancaq mümkündürmü ki, İrana sanksiyaların gücləndirilməsi hazırda küçərlədə etiraz insanlara ziyan vuracaq?

-Biz inanırıq ki, sanksiyaların təsiri var. Sanksiyalar təkcə İrana yox, həmçinin Şimali Koreyaya da təsir etmək gücündədir. Bizim prezidentimiz və onun administirasiyası ABŞ-ın bütün iqtisadi ağırlığını ortaya qoyaraq İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunmasında qərarlıdır. İndi biz gələcəkdəki sanksiyaların şərtlərini müəyyən etmək üçün Konqreslə birlikdə çalışırıq. Bu reallıqdır ki, İranla əldə olunan nüvə razılaşması həddən artıq yumşaq idi. Razılaşma İranın nüvə silahı hazırlamasını müəyyən dərəcədə, cəmi 10 illik qadağan edirdi. 10 ildən sonra İran nüvə silahını inkişaf etdirə bilərdi. Biz istəyirik ki, uzunmüddətli qanunvercilik, müqavilə bağlayaq. əgər İran istifadə oluna bilən nüvə silahı və ballistik raketlər əldə etməyə çalışarsa bütün sanksiyalar dərhal yenidən tətbiq olunacaq. Bütün bu qərarlar üzərində iş gedir. Ancaq mən düşünürəm ki, hazırda İran küçələrində baş verənlər əsasən sanksiyaların mövcudluğuna inanmalıyıq. Əlavə təzyiqlərlə xalqa və iqtisadiyyata təsir nəticəsində İran xalqını irəli addımlamağa cəsarətləndirə bilərik.

-Siz son sualda Şimali Koreya məsələsinə toxundunuz. Prezident Tvitterdə yazıb ki, onun nüvə düyməsi Kim Cen Inın düyməsindən böyükdür. Kim Cen İna bu cür yazmaqla o, odla oynayırmı – bu Tvitter müharibəsində?

-Prezident Tramp dünya səviyyəsində liderlik nümayiş etdirib – ələlxüsus da Şimali Koreya ilə bağlı əhəmiyyətli irəliləyişlər var. Kim Conq Unun Yeni İl çıxışında bir tərəfdən cənub qonşusu ilə münasibətlərini yaxşılaşdırmaq istədiyi mesajını verməklə, digər tərəfdən otağında ABŞ-a çatacaq nüvə raketinin düyməsini olduğunu bildirib. Prezident Tramp açıq şəkildə ifadə etdi ki, ABŞ heç zaman təhdid olunmağa, qorxudulmağa razı olmayacaq. ABŞ Şimali Koreyaya qarşı aparılan misilsiz dərəcədə iqtisadi və diplomatik təzyiqlərə nəzarət edir. Şimali Koreyanın onillər boyunca davam edən dünya ictimaiyyətini dinləməsi və nüvə silahını inkişaf etdirməyə davam etməsində sonra indi biz sözün həqiqi mənasında regiondakı ölkələr arasında hərəkətlənmənin şahidi oluruq.

Siz narahat deyilsiz?

-Çin həmişəkindən daha çox edir və etməlidir. Hazırda Çin Şimali Koreyanı iqtisadi və diplomatik tərəfdən təcrid etməklə əvvəlkindən daha çox iş görür. Mən həqiqətən inanıram ki, prezidentin də açıq şəkildə bildirdiyi kimi, bütün seçimlər masa üzərindədir. ABŞ höküməti öz xalqını qorumaq üçün Şimali Koreyanın təsəvvür edə biləcəyindən qat-qat artığını etmək iqtidarındadır. Eyni zamanda Şimali Koreyaya göndərilən mesaj budur ki, o, öz nüvə və ballistik raket ambisiyalarından əl çəkib, proqramı ləğv etsə, bu addım məsələnin dinc həllinə fürsət olar.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar