Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsədin legitimliyini saxlamaq imkanları daralır”

Şərqşünas-alim Fərda Əsədovla müsahibəni təqdim edirik


- Fərda müəllim, İŞİD məğlub edilsə də, Yaxın Şərqdə, xüsusilə Suriyada qarşıdurma, proseslərin zor müstəvisində inkişafı davam edir. Sizcə, Suriya böhranının həlli niyə yubanır?

- İŞİD məsələsi tam həll edilməsə də, müəyyən qədər aradan qaldırılıb. Ancaq Suriyanın gələcəyi, bu gələcəyə təsir göstərən güc mərkəzlərinin bir-birinə münasibəti necə olacaq sualı açıq qalıb. Bu da təkcə Suriyanın taleyindən asılı deyil. Fikrimcə, bu güc mərkəzləri orada ortaq məxrəcə gələ bilsələr, bu, başqa regionlarda mövcud olan problemlərin həllinə də təsir göstərə bilər. Belə çətin, çoxvektorlu siyasi proseslərdə Suriya böhranı digər məsələlərdən ayrılıqda müzakirə edilə bilməz. Güc mərkəzlərinin mövqelərində yaxınlaşma olmasa, Suriya probleminin tam həlli mümkün deyil. Əgər, biz Suriyada böyük qüvvələrin nüfuzu məsələsini nəzərdən keçiririksə, ilk növbədə Rusiyanın və ona müttəfiqlik meylləri göstərən İran və Türkiyənin maraqları hansısa nöqtədə Bəşər Əsədin siyasi taleyi ilə bağlıdır. Sonuncu fikrim daha çox Tehran və Moskvaya aiddir. Əslində Suriyanın siyasi transformasiya prosesi sülh, seçki yolu ilə həll edilmiş olsa, güman etmirəm ki, Bəşər Əsəd və ya onun siyasətini dəstəkləyən şəxsin ortaya çıxması mümkün olacaq. Bu, aydın görünmür. Ehtimal edirəm ki, Suriya probleminin qaynamasına maraq göstərənlər Bəşər Əsədin getməsi ilə öz nüfuzlarının təhlükə altına düşə biləcəyindən ehtiyat edən qüvvələrdir. Bu da əsasən, Rusiyadır.

- İndi Suriyanı nəzərə almadan da ABŞ-Rusiya qarşıdurması müşahidə edilir. ABŞ Ukraynaya ölümcül silahlar verib. Bu geosiyasi qarşıdurma əksər nöqtələrdə özünü göstərir. Bunun sonunu necə görürsünüz?

- Bu qarşıdurmanın və gərginliyin azalması Rusiyanın siyasətində müəyyən dəyişikliklərdən asılıdır. Bu dəyişikliklər Rusiyadakı siyasi düşüncənin islah olunması ilə baş verə bilər. Biz bu ölkəyə baxanda hansısa keçmiş qüdrətin bərpasını, öz gücünü açıq-aşkar başqa ölkələrə nümayiş etdirən dövlət görə bilmirik. Digər tərəfdən, mən anlayıram ki, bu aqressiv siyasət deyil. Rusiyanın indiki siyasəti Putinin sözləri ilə desək, müəyyən dialoqa, kompromislərə yol açmaq üçün yürüdülən siyasətdir. Lakin Qərb üçün bu addımları qəbul etmək hələlik çətin görünür. Çünki onlar siyasi maraqla yanaşı ideoloji və mənəvi dəyərləri də nəzərə alır. Bu ölkələrin öz daxilində də gərginliklər var. O mənada ki, onların hakimiyyəti, dövlət strukturları hansı istiqamətdə gedəcək: indiyə qədər inkişaf etmiş demokratik dəyərlər irəliyə aparılacaq, yoxsa artıq oralarda da baş qaldıran müəyyən avtoritarizm meylləri inkişaf edəcək? İndi həmin ölkələrdə bu dəyərlərin başqa dəyərlərlə əvəz edilmə ehtimalına qarşı ciddi müqavimət müşahidə olunur. Bu proses ABŞ-da və başqa Qərb ölkələrində özünü göstərir. Beləliklə, biz beynəlxalq səhnədə bir-birinə qarşı olan qüvvələr arasında baş verənləri təkcə onların öz münasibətlərini aydınlaşdırması deyil, eyni zamanda hər birinin daxili siyasətinə təsir edən prosesi kimi görməliyik. Bununla bağlı konkret proqnoz vermək isə çətindir.

- İndiyə qədər Rusiyaya qarşı sərt mövqe ortaya qoymağa ehtiyatla yanaşan Avropa ölkələri İngiltərədə casus Sergey Skripal və qızı Yuliyanı zəhərlənməsindən sonra Moskvaya qarşı sərt davrandı. Artıq əksər Avropa ölkələri rus diplomatları ölkədən qovur. Sizcə, Avropanın bu addımı ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə nə dərəcədə əlaqəlidir?

- Heç şübhəsiz ki, bu addımlar bir-birinə bağlıdır. Bilirsinizmi, burada həm də iqtisadi toqquşmalar və maraqlar var. Sözsüz ki, həm də ideoloji mübarizə gedir. Bu mübarizədə hər tərəf əlində olan vasitələrdən istifadə edir. Məsələn, Suriyada kimyəvi qazın istifadəsinə dair qeyri-müəyyən vəziyyət yaranıb. Mən bilmirəm, bu doğrudanmı baş verib? Əgər baş veribsə, məqsəd nədir? Ola bilsin ki, bu nəinki hərbi toqquşma, mümkündür ki, ideoloji müstəvidə olan qarşıdurmanın davamıdır.

Böyük Britaniyada yaşayan rus kəşfiyyatçı Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi məsələsi ilə bağlı irəli sürülən arqumentlərin biz Duma şəhərində kimyəvi qazın tətbiq edilməsindən sonra da səsləndirildiyini görürük. Yəni hər iki hadisə ilə bağlı eyni arqumentlər irəli sürülür. Sanki bu, ideoloji mübarizənin özünəməxsus dəyəri, hətta ayrı-ayrılıqda inkişaf etməsi halıdır.

Biz Suriyaya qayıtmış olsaq, bütün bunlar Bəşər Əsədin legitim və qeyri-legitimliyinə söykənir. Yəqin ki, onun legitimliyini saxlamaq imkanları daraldığı üçün belə qarşıdurmanı müşahidə edirik.

- Dediyiniz kimi, Şərqi Qutanın Duma şəhərində kimyəvi silahla hücum faktı baş verib. Bundan əvvəl də Əsədin kimyəvi silahdan istifadə etdiyi açıqlandı və buna qarşılıq olaraq ABŞ aviasiyası Bəşər Əsədin hərbi aerodromuna zərbələr endirdi. İndi ruslar Dumada kimyəvi silahın tətbiq edilmədiyini, ABŞ isə edildiyini deyir. Hətta ABŞ Bəşər Əsədi yırtıcı adlandırdı və bildirdi ki, buna görə Əsəd qarşılığını alacaq. Sizcə, bu hədələr nə ilə yekunlaşacaq?

- Nəyin baş verdiyini müəyyən etmək çətindir. Mən kimyəvi silahdan istifadə edildiyini və ya edilmədiyini deyə bilmərəm. Əgər edilməyibsə, deməli, Bəşər Əsədə qarşı olan qüvvələr güc nümayiş etdirmək istəyir. Hər bir halda biz onu görürük ki, burada ciddi ideoloji qarşıdurma gedir. Bu qarşıdurma təkcə Suriya məsələsi ilə bağlı deyil. Bü cür ittihamlar dünyada müəyyən ölkələrə, siyasi qüvvələrə ikrah hissi yaratmağa yönələn tədbirlərdir. Söhbət həmin ölkələrin daxili siyasi vəziyyətindən gedir. Suriyada olanlar təkcə ölkələr arasında deyil, ölkə daxilində olan proseslərin də təzahürlərdir. Nəzərə alın ki, bir çox ölkələrdə ictimaiyyətin diqqəti bu hadisələrə yönəlib. Bu hadisələr artıq ictimai rəydə də Rusiya-Avropa, Rusiya-ABŞ münasibətlərinə təsir göstərir. Yəni, bu Rusiya ilə münasibətləri formalaşdıran hadisədir. Bu hadisəni xüsusi olaraq ictimai rəyin diqqətinə çəkmək maraqlı görünür. Odur ki, mən məsələnin mahiyyəti haqqında konkret fikir söyləməkdə çətinlik çəksəm də, dərk edirəm ki, söhbət beynəlxalq siyasətdə mədəni əsasların bərqərar olmasından, yəni yenilənməsindən gedir. Bu prosesdə Rusiyaya qarşı obyektiv olaraq, bəlkə də müəyyən xoflardan irəli gələn ehtiyatsızlıq da mövcuddur. Bu ehtiyatlanmanı aradan qaldırmaq üçün Rusiya tərəfindən heç bir pozitiv addımlar atılmır. Rusiya ictimai rəyi sakitləşdirmək, sülhsevər mövqe nümayiş etdirmək üçün sözdən işə keçmir. Əksinə, qətiyyətli addımlar ataraq mövqeyini nümayiş etdirir.

- Kimyəvi silah tətbiqi ilə bağlı iddialardan sonra Bəşər Əsədə qarşı ciddi tədbirlərin görüləcəyini gözləmək olarmı?

- BMT-nin təcili iclası toplaşıb, Prezident Trampın açıqlaması olub. Ancaq unutmayın ki, Rusiyaya qarşı sanksiyalar da sərtləşir. Bunların hamısına birgə baxmaq lazımdır. Düşünürəm ki, Bəşər Əsədin taleyi və onun siyasi səhnədə qalması Rusiyaİran üçün vacibdir. Türkiyənin mövqeyi bir qədər fərqlidir. Çünki Türkiyənin Suriyada gün nümayişi üçün obyektiv səbəbləri var. Türkiyə Suriya ilə qonşudur, Suriyada türkdilli xalqlar var və s. Bəşər Əsədin hakimiyyətdən getməsi Rusiyanın nüfuzunun azalması və Moskvanın bu reallığı qəbul etməsinə söykənə bilər. Bu yəqin ki, Rusiyaya göstərilən təsirlərin ponaramasıdır. Əsədə qarşı hansı addımların atıla biləcəyini isə yaxın günlərdə görəcəyik.

- Rusiya bu təzyiqləri, sanksiyaları dəf edə biləcəkmi?

- Rusiyaya tətbiq edilən sanksiyaların necə başa çatacağını demək çətindir. Rusiyanı tanımaq üçün rusların özlərinin məşhur ifadəsi var: Rusiyanı ağılla deyil, ürəklə dərk etmək lazımdır. Mən bu sahədə hazırlıqlı olmadığım üçün Rusiyanın müqavimət potensialını düzgün qiymətləndirə bilmərəm. Amma düşündüyüm qədər nəsə baş verməlidir. Vəziyyət sərtləşdikcə Rusiyanın siyasətində müvafiq dəyişikliklər gözləmək məntiqli görünür. Lakin indi bunu müşahidə etmirik. Niyə müşahidə etmirik? Bəlkə də bu, Rusiyanın kifayət qədər potensiala sahibi olması və rəhbərliyinin də buna əmin olmasından irəli gəlir. Biz bunun nə dərəcədə belə olduğunu gələcəkdə daha aydın görə biləcəyik.(Teleqraf.com )

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar