Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanı sülhə məcbur edən sanksiyalar tətbiq edilməzsə sülh imzalanmayacaq”


Son günlər Azərbaycanın işğal altında olan ərazilərinin azad ediləcəyi ilə bağlı məsələ əsas müzakirə mövzusudur


Qarabağ danışıqlarında ümidlər indi də prezidentlərin Paris görüşünə bağlanıb. 

Bəzi təhlilçilər bu görüşü Qərbin uzun illər durğunluq dövrü yaşayan nizamlama prosesində nəhayət, təşəbbüsü öz əlinə almağın və Rusiyanın həll prosesinə təsir imkanlarını azaltmağın yeni fürsəti kimi təqdim edir. Qərblə Rusiya arasında kəskin qarşıdurma gedir. Bunun nəticəsində isə Moskva çökməyə doğru  getdiyi söylənilir. Rusiyanın mövqeyinin bölgədə və dünyada  zəifləməsi ilə problemin ədalətli həlli sürətləndirməyə də bilər. Səbəb münaqişədən digər qlobal güclərin də ilk növbədə öz maraqları üçün istifadə eləməsidir.  

 Digər tərəfdən ekspertlər  Moskva münaqişənin həllini Ermənistanla bahəm, Azərbaycanlın da daxil olduğu vahid hərbi-siyasi birlik çərçivəsində olacağını söyləyirlər. 

Bu vəziyyət münaqişənin həllində hansı rolu oynaya bilər? 

“Beynəlxalq təşkilatların Ermənistanı sülhə məcbur edən  sanksiya və qərarları olmasa Qarabağ problemi uzun sürəcək”
  
Bu sözləri isə PİA.AZ-a açıqlamasında millət vəkili  Asim Mollazadə  İlham Əliyev və Serj Sərkisyanın Paris görüşünü şərh edərkən söyləyib. 

O, bu görüşün də növbəti  “görüş xatirinə görüş” olduğunu bildirdi:
Əslində mən Ermənistanın sülh istigamətində hər hansi bir addim atmağını gözləmirəm. Ermənistan dəfələrlə  ələxsus Fransanın təzyiqləri nəticəsində   “tualet diplomatisiya” nı nümayiş etdirmişdi. Köçəryanın qaçışını hamı xatırlayır.  

Belə görüşlər çox olub – bundan əvvəl  ABŞ-ın təşəbbüsü olub, Soçidə Rusiyanın təşkil etdiyi görüç və s. Indi də Ollandın təşəbbüsü ilə görüş keşiriləcək. Amma heç  bir daha deyirem ki Ermənistan hec bir addım atmağa hazir deyil və onlar “status-kvo”nu saxlamaq istəyirlər. Beynəlxalq təşkilatların, dünyanın nüfuzlu  ölkələrinin Ermənistanı sülhə məcbur edən  sanksiya və təzyiqləri olmasa bu istiqamətdə heş bir dəyişiklik olmayacaq. 

AzərbaycanErmənistan münaqişəsi zəminində Rusiya və Qərb qarşıdurması deyilmir.  Rusiya  əslində  Ermənistanın sahibidir, hərbi       for-postudur və istənilən an Ermənistanı sülh imzalamağa məcbur edə bilərdi. Amma bunu etmədiyinə görə və hec bir sanksiya tətbiq edilmədiyinə görə  dəyişiklər  olacağını da gözləmirəm.  Qərbin Qarabağ problemində təşəbbüsü əlinə alması demek doğru olmazdı.  Çünki  bütün proses Minsk qrupunun  həmsədrlərin nəzarətində keçirilir. Bu da növbəti  “görüş xatirinə görüş” olacaq .  Müvafig  qəraralar  olmasa yəni  beynəlxalq təşkilatların Ermənistanı sülhə məcbur edən  sanksiya və qərarları olmasa  bu məsələ 2015 ildədə  belə davam edəcək.  Danıçıqların imitasiyasıni ediləcək və Ermənistan bu prosesi uzadacaq. 

Ülviyyə Bəylər
Pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar