Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanda hakimiyyət dəyişə bilər”


Ermənistanda elektrik enerjisinin qiymətinin qaldırılması haqda qərar veriləndən sonra iyunun 19-da İrəvanın mərkəzi Baqramyan prospektində etiraz aksiyası başladı


 On minlərlə nümayişçinin oturaq aksiyası əvvəlcə dağıdılsa da, sonradan hüquq-mühafizə orqanları zorakılıq tətbiq etməkdən vaz keçdilər.

“Soyğunçuluğa yox!” təşəbbüs qrupunun təşkilatçılığı ilə keçirilən bu aksiyalara Ermənistanın müxalif siyasi partiyaları qoşulmasalar da, əslində etirazın hakimiyyətə, ən başlıcası isə Serj Sərkisyanın rejiminə qarşı çevrildiyi danılmaz idi. Bundan əlavə, müxalifəti təmsil edən 20-yə qədər deputatın Baqramyan prospektində gecə-gündüz nümayişçilərlə polislər arasında “qalxan” rolunu oynaması da müxalifətin müəyyən mənada etiraza dəstək verdiyinin göstəricisi idi.

8 gün davam edən aksiya artıq dayandırılıb. Təşəbbüs qrupunun üzvləri isə hakimiyyətə yönəlik tələblərinin qüvvədə qaldığını bəyan edərək bundan sonra atacaqları addımları müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlayıblar. Bundan sonra Ermənistanda nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Ancaq Səekisyan hakimiyyətinin nümayişçilərə qarşı dözümlülük nümayiş etdirməsi göstərdi ki, xalqın qəzəbinin həddini aşmasından ehtiyat edilir.

Deputat Aydın Mirzəzadə Modern.az saytına Ermənistandakı mövcud durumu şərh edib. Onun da fikrincə təşkilatlanmaq baxımından bu aksiyaların arxasında heç bir siyasi qüvvə durmur:

Ermənistandakı müxalif qüvvələr bu cür kütləvi aksiyaya hazır deyildilər və indiyə qədər mövqelərini müəyyənləşdirməyiblər. Elektrik enerjisinin qiymətinin artırılmasına etiraz olaraq insanların kütləvi sürətdə küçəyə çıxması isə Ermənistan hakimiyyətinin xalqa zidd siyasətin nəticəsidir.

Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi nəticəsində təcrid olunması, özünü hansısa dövlətin forpostu mövqeyində aparması, səriştəsizlik və qatı millətçilik bütün problemlərin dərinləşməsinə, sosial vəziyyətin ağırlaşmasına gətirib çıxartdı. Ermənistanda insanlar bu rejimin əlindən təngə gəliblər, ona görə kütləvi şəkildə küçələrə tökülüşüblər. Əslində, elektrik enerjisinə görə artırılan məbləğ çox deyil, ABŞ dolları ilə 1 sent yarım artım olub. Amma bu kiçik rəqəmi belə, bu gün əhalinin ödəməyə imkanı yoxdur”.

Aydın Mirzəzadənin fikrincə, mitinqlər dayansa da, problem qalır: “Ermənistanın iqtisadi vəziyyəti ağırdır. İnsanların gəlirləri aşağıdır və adi kommunal xərclərini ödəmək imkanında deyillər. Artıq insanları küçəyə siyasi partiyalar deyil, özünün real ağır vəziyyəti çıxardır.

Nə indiki hakimiyyət, nə də müxalifətdə olan siyasi partiyalar bunu həll etmək imkanında deyillər. Prinsip etibarilə hökumət tərəfindən atılan addım artıq təkcə Yerevanı deyil, bütün Ermənistanı ayağa qaldırıb. Bu, indiki hakimiyyətin uzaqlaşdırılmasına da səbəb ola bilər. Yəni Ermənistanda bu gün siyasət yeridəcək qüvvə yoxdur.

Robert Köçəryan və Serj Sərkisyan sayağı siyasət yeridəcək qüvvələr isə siyasəti əvvəlki kimi davam etdirəcəklərsə, onları belə bir vəziyyətlə üzləşəcəklər. Ona görə də Ermənistanın taleyi çox ciddi müzakirə edilməlidir. Əks halda, Ermənistanı bir-birinin ardınca gözləyən çevrilişlər, xaos və öz dövlətçiliyini itirmək təhlükəsi gözləyir”.

Aydın Mirzəzadə hərbi qulluqda övladlarını itirən valideynlərin aksiyada iştirakına da toxunub: “Bu aksiyalar birinci qiymət artımı ilə başlayıb və əhalinin həmin artımı ödəmək imkanının olmaması ilə bağlıdır. Övladları hərbi qulluqda itirən valideynlərin aksiyaya qoşulması isə Ermənistanın digər ağır bir problemidir. Bu, Ermənistanın hərbi siyasətinin cəmiyyət tərəfindən qəbul edilməməsini göstərir.

Həmin valideynlər bu kimi hadisələr aradan qalxmayana qədər övladlarını orduya getməməyə çağırırlar. Artıq Ermənistan cəmiyyəti ilə ordu arasında böyük bir uçurum yaranıb. Aydın məsələdir ki, hakimiyyətdən və ümumilikdə strategiyadan narazı müəyyən sosial qrupların bir araya gəlməsi artıq ölkədə çox şeyin dəyişməyindən xəbər verir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ən çox oxunanalar