Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan və bölgə ölkələri sionist rejimin Qafqazdakı hərəkətlərinə diqqət etməlidir”

“Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərinin dəqiq vaxtı hələ müəyyənləşməyib”


Bunu APA-nın Tehran müxbirinin sualına cavabında İran XİN-in sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki,  İranla Azərbaycan arasında əlaqələr dostluq və yaxşı qonşuluq  üzərində qurulub və davam etdirilir.
 
B. Qasimi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın İsrailə səfəri ilə bağlı suala cavabında qeyd edib ki, hər gediş-gəliş əlaqələrin yaxınlaşması mənasına gəlmir: “İranErmənistan arasında əlaqələr yaxşı səviyyədədir və bu ölkə bizim ən az problem yaşadığımız qonşu ölkələrdəndir. Biz ölkələrin daxili işinə müdaxilə etmirik, lakin sionist rejimini tanıdığımız üçün bilirik ki, bu rejim regionda  sabitliyin pozulmasına çalışır. Ermənilərə məsləhətimiz budur ki, bu rejimin Qafqaz regionundakı hərəkətlərinə  diqqətlə yanaşsınlar. Ümumiyyətlə, region ölkələri bu məsələyə diqqət etməlidir”.
 
B. Qasimi Səudiyyə Ərəbistanının Ərəb Liqasını İranla bağlı fövqəladə iclasa çağırmasına toxunaraq xatırladıb ki, Ər-Riyadın bu tip addımları yeni bir şey deyil: “Bu ölkə regionda və ölkə daxilində bir sıra problemlərlə üz-üzədir. Davamlı uğursuzluqlara məruz qaldığı üçün çalışır ki, günahı başqalarına atsın və İran əleyhinə koalisiya yaratsın. Lakin regionda ötən bir ildə baş verən proseslər göstərir ki, Səudiyyə Ərəbistanı bu sahədə uğur qazana və gözlədiyi nəticəni əldə edə bilməyib. Düşünürəm ki, keçiriləcək iclas da  Səudiyyə Ərəbistanı üçün əlverişli nəticə verməyəcək. Çünki ölkələr hər biri öz mənafeləri və baxışları çərçivəsində qərar qəbul edir və siyasətlərini müəyyənləşdirirlər”.
 
B. Qasimi Livanın baş naziri Saad Həririnin istefasına da toxunub: “Livan baş nazirinin istefası ani və şübhəli qərardır. Ümid edirik ki, Həririnin ötən gecə verdiyi açıqlamalara əsasən o, tezliklə Livana qayıdacaq və ölkəsində istefasını rəsmiləşdirəcək. Biz Livanın sabitliyi üçün hər bir addımı dəstəkləyirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar