Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz”


“100 milyon dollar silahlanma üçün çox az məbləğdir. Buna cəmi bir neçə texnika almaq olar. Məqsəd budur ki, Ermənistan Rusiyadan aldığı kreditlə bir-ik texnika alıb, "yeni silahımız var" deyə görüntü yaratmağa çalışacaq”


Bunu AzVision.az-a hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Rusiyanın Ermənistana 100 milyon dollarlıq hərbi kredit ayırmasına münasibət bildirərkən deyib.

“Biz texnikanın və silahların alınmasına yüz milyonlarla dollar xərcləyirik. Bundan əlavə texnikaların və müasir silahların Azərbaycanda istehsalına da böyük vəsait ayrılır. O baxımdan 100 milyon dollar cüzi vəsaitdir. Onlara 100 milyon bir dəfə ayrılır, amma Azərbaycan ordunun təkmilləşməsinə hər ay bir neçə yüz milyon dollar vəsait sərf edir. Həmçinin müasir texnikaların ölkəmizə gətirilməsi də bura daxildir”. 

General qeyd edib ki, Emənistan ordusu heç vaxt özünü Azərbaycan ordusu ilə müqayisə edə bilməz.

“Onlar Azərbaycan ordusunun aldığı müasir silah və texnikanın heç 10 faizini də ala bilməzlər. Bu baxımdan 100 milyon dollar vəsait heç bir əhəmiyyət kəsb etmir”-deyə Y.Aydəmirov vurğulayıb. 

Qeyd edək ki, Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar