Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan Rusiyasız Azərbaycanın qarşısında duruş gətirə bilməz”


“Serj Sarkisyan Ermənistanda parlament seçkilərini aprelin 2-nə təyin edib”


“Ötən il aprelin 2-də cəbhədə baş verən hərbi əməliyyatlar zamanı erməni ordusu ciddi zərbə alıb. İndi ermənilər seçkini aprelin 2-nə təyin etdiyi üçün prezidenti qınayırlar. O da çalışır seçkiöncəsi mühiti öz xeyrinə dəyişsin, bir növ əzələ nümayiş etdirsin. Rusiyadan silah alıb, özlərini bir qədər arxayın hiss etməyə başlayıblar. Ancaq yenə yanılırlar. Aprel şapalağı təkrar oluna bilər”.
 
Teleqraf.com xəbər verir ki, bunu deputat Rasim Musabəyov son günlərdə cəbhədə baş verən gərginliyi qiymətləndirərkən deyib.
 
O bildirib ki, düşmən Talış istiqamətində hərəkət etmək niyyətindədir: “Çünki o istiqamətdə yüksəkliklər Azərbaycan ordusunun əlinə keçdikdən sonra ermənilər Talışa qayıtmaq istəmir və qorxur. Ola bilər onlar bu istiqamətdə hərəkət etmək istəyərlər. Ancaq bizim də hərbçilərimiz hazır vəziyyətdədir. Hazırda erməni tərəfi ağır texnikanı cəbhə xəttinə yaxınlaşdırır. Biz isə heç ağır texnikamızı cəbhə xəttindən geri çəkməmişik və tam hazırıq”.
 
Cəbhədə müşahidə olunan vəziyyətə Rusiyanın reaksiya vermədiyini qeyd edən Musabəyov ermənilərin monitorinq təklifindən danışıb: “Arzuları odur ki, mövcud cəbhə xəttini etibarlı şəkildə dondursunlar. Biz bununla razılaşa bilmərik. Rusiya tərəfi ermənilərə deyə bilər indi də siz gedin güc nümayiş etdirin. Bəlkə, bundan sonra Azərbaycan tərəfi sizin istəyinizə razılıq verdi.
 
Erməni tərəfinin hər hansı bir hərəkəti lokal yox, böyük döyüşlərə gətirib çıxara bilər. Sarkisyan Rusiyanın nökəridir və Moskvaya səfər edəcək. Başqa hara getməlidir ki? Şübhəsiz, səfər zamanı Ermənistanın gələcək hakimiyyəti məsələsini və cəbhədəki durumu müzakirə edəcək. Bunlar da bir-birilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Rusiyasız Ermənistan Azərbaycanın qarşısında duruş gətirmək imkanına malik deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar