Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan Qərbə böyük şahmat taxtasında “peşka” kimi lazımdır”


“Ermənistan Qərbə böyük şahmat taxtasında “peşka” kimi lazımdır” – ukraynalı ekspert


Ermənistan artıq uzun müddətdir ki, Rusiya və Qərb “stulu”nda oturmağa cəhd edir”.

Musavat.com-un məlumatına görə, bu barədə ukraynalı politoloq Natalya Belous haqqin.az-a müsahibəsində son vaxtlar rəsmi İrəvanın Qərbə sarı tez-tez baxmasını şərh edərkən deyib. Bəs, görəsən, Ermənistana iki “stul”da oturmaq nəsib olurmu?

Ukraynalı analitikin sözlərinə görə, Ermənistan rəhbərliyinin bu cür davranışını “sağlam eqozim” prinsipi idarə edir. “Ermənistanın siyasi isteblişmenti öz dövlətinin maraqları haqda düşünür və bu zaman xarici tərəfdaşları incitməməyə çalışır. Bütövlükdə isə Ermənistanın bütün əməkdaşlığı müstəsna olaraq, pul-mal sxemi üzərində qurulub”, - deyə o qeyd edib.

Bəs, yaxın zamanlarda işğalçı ölkənin Qərb üçün yaxın müttəfiqə çevrilməsi mümkündürmü?

Ekspert: “Bu xüsusda Avropa Birliyi ilə assosiasiya sazişi imzalamış üç “Şərq Tərəfdaşlığı” ölkəsinin – Ukrayna, Gürcüstan və Moldovanın təcrübəsi maraqlıdır. Assosiasiya anlaşmasının bərabərhüquqlu olmadığı haqda çox danışılırdı. Avropalılar həmin sənədə birtərəfli qaydada düzəlişlər eləmək hüququna malikdirlər (yeni gömrük rüsumları daxil eləmək, kvotaların miqyasını dəyişmək və s.), Kiyev, Tiflis və Kişinyov isə belə imkandan məhrumdur. Qeyd edim ki, bu ölkələrin istehsalçıları Avropa bazarında möhkəmlənə və bununla da onlar üçün ənənəvi olan Rusiya bazarındakı itkilərini qarşılaya biliblər. O da məlum olub ki, assosiasiya sazişi çərçivəsində ölkələrə ayrılan ixrac üçün kvotalar çox kiçikdir, məhsullar isə Avropa standartlarına uyğun gəlmir. Korrupsiyanın səviyyəsinə və oliqarxların siyasətə təsirinə gəlincə, o, hətta güclənib - ələlxüsus da Ukraynada və Moldovada”.

Bununla belə, politoloq qeyd edir ki, iqtisadçıların hesablamalarıəna görə, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmasaydı, o zaman təqribən 1 milyard dollar ziyana düşərdi. “Belə bir məbləğ Rusiyanın Ermənistana təbii qaza rüsumu 30% azaltmaması, erməni əmək miqrantları ilə bağlı çətinliklər və erməni məhsullarının Rusiyaya ixracının məhdudlaşdırılması hesabına yaranacaqdı. Elə isə Ermənistanın Avrasiya Birliyinə üzvlüyünün uğurlu olduğunu söyləmək mümkünmü? Hələlik tezdir. Hələ elə böyük zaman keçməyib. Üstəlik, bu zaman kəsiyi kritik dövrə təsadüf edib. Aralıq nəticələr isə, iqtisadçıların hesablamalarına görə, aşağıdakı kimidir: Avrasiya İqtisadi Birliyinə üzvlük Ermənistana Rusiya ilə xarici iqtisadi əlaqələri, qazın qiymətini və Ermənistanda iş tapa bilməyən vətəndaşlarının Rusiyadakı bazarı saxlamağa imkan verib. Rusiya iqtisadiyyatındakı böhran Ermənistana da güclü təsir edir. Lakin Ermənistan Avrasiya Birliyinə qoşulmasaydı, bu ölkədə vəziyyət daha ağır olardı” – ekspert hesab edir.

вывыв.jpg (29 KB)

Yeri gəlmişkən, ukraynalı analitik açıq mənbələrə istinadən vurğulayır ki, Ermənistana 2015-ci ildə cəmi 180, 5 milyon dollar həcmində Qərb sərmayəsi daxil olub: “Həmin müddətdə Gürcüstan üçün isə bu rəqəm 1.56 milyard dollar təşkil edib (Onun 40%-i Azərbaycan və Türkiyənin payına düşür). Odur ki, Rusiya Ermənistan nümunəsində Avrasiya inteqrasiyasının üstünlüyünü hələ sübut eləməlidir. Ermənistan Rusiyadan öz iqtisadiyyatına yeni və daha böyük investisiyalar gözləyir. Hər necə olmasa, cəmiyyət üçün maddi rifah birinci, mənəvi dəyərlər isə iki planda yer alır. Lakin bu zaman Rusiya nə qədər mürəkkəb olsa da, Ermənistan çətin ki, onunla sız dostluqdan imtina eləsin. Ermənistan tarixi baxımından və coğrafi cəhətcə Rusiyaya yaxındır”.

Politoloqun qənaətincə, Ermənistan Qərbə böyük şahmat taxtasında “peşka” (piyada) kimi lazımdır: “Ermənistan – avropalılar üçün Cənubi Qafqazda “saat əqrəblərini düzəltmək”dən ötrü bir növ kommunikator qismindədir. Şübhəsiz ki, Ermənistana vaxtaşırı vəsaitlər ayrılacaq. Fəqət, hamı əla başa düşür ki, o, heç vaxt ABŞ-la, Almaniya ilə, Fransa ilə bərabər səviyyədə olmayacaq. Elə Rusiya da hələ ki özünə lazım olduğu qədər Ermənistandan istifadə edir. Axı, Ermənistan Kremlin rəyini avropalı tərəfdaşlar üçün “düzgün” səsləndirir”.

İrəvanın Qərbə sarı son reveranslarının motivinə gəlincə, ukraynalı ekspert əmindir ki, Ermənistan gələcəkdə Moskvadan aralana biləcəyi və satqınçılıqdan dolayı gərginliyi məhz özü yaradır. “Bütün bunlar – daha çox bonus əldə eləməyə yönəlmiş cəhdlərdir. İrəvan real olaraq Rusiyadan uzaqlaşmaya getməyəcək. Əks halda, bu, Ermənistan üçün tam iflas olardı – həm iqtisadi anlamda, həm də ki, təhlükəsizlik məsələlərində”, - deyə politoloq əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar