Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər kilsələrində “İncil”i belə, Türkcə oxuyurdular”


“Aldadılmış millət – üsyançı ermənilər” kitabının müəllifi, tarix elmləri doktoru Gürbüz Mızrak APA-ya müsahibə verib. Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:


– Qərb imperializminin və Çar Rusiyasının ortaya atdığı “erməni məsələsi”nin mahiyyəti nə idi?

– Səlcuk sultanı Alparslan Anadoluya gələndə o bölgədə ermənilər yox idi. O vaxtlar ermənilər Anadolunun Çukurova bölgəsində, Şərqi Anadoluda və Qafqazdakı Türk bəyliklərinin  hakimiyyəti altında olan bölgələrdə yaşayırdılar. İstanbuldakı Erməni patriarxiyasını onlara böyük humanistlik nümunəsi göstərərək Sultan Fateh Məhmət  qurmuşdu. Özlərinin Türkcə danışmaları, oxuyub-yazmaları bir tərəfə, kilsələrində “İncil”i belə Türkcə oxuyurdular. Osmanlı imperiyası başqa millətlər kimi, onları da “sadiq təbəə” kimi görürdü. Ta ki XİX əsrin ikinci yarısına qədər. Dövlətimiz zəifləyəndə Qərb imperializmi və Çar Rusiyası, bizim vətəndaşlarımız olan ermənilərdən bizə qarşı istifadə etmə planını həyata keçirməyə başladılar. ”İslahat” adı altında Osmanlının daxili işlərinə qarışan Qərb müstəmləkəçiləri erməniləri dövlətimizə qarşı təşkilatlandırmağa başladılar. Bizim “dövlətin sadiq vətəndaşları” kimi gördüyümüz erməni separatçılarını Türk və müsəlman düşmənlərinə çevirib terror aksiyaları törədirdilər.

Separatçı ermənilər Şərqi Anadolunun bəzi vilayətlərini əhatə edən əraziləri “Qərbi Ermənistan” adlandırmağa  başladılar. Eyni əməlləri Qarabağda, Qafqazın başqa bölgələrində, Cənubi Azərbaycanda, Krımda həyata keçirdilər. Çar Rusiyası, Fransa və İngiltərə ilə gizli əməkdaşlığa girərək müharibədə olan Osmanlı imperiyasını arxadan vurdular. Qafqaz cəbhəsindəki III ordunun, Suriya cəbhəsində savaşan İV ordunun və İraqda vuruşan Vİ ordunun varlıqları təhdid altında qalmışdı. Osmanlı imperiyası üçün yaranmış o ağır şəraitdə dövlətin önündə 3 variant dururdu: 1) Dövlət üsyançılarla vətəndaş  müharibəsinə girəcəkdi; 2) Üsyan edən erməni separatçılarını imperiya torpaqlarının daha uzaq guşələrinə göndərəcəkdi; 3) Separatçı terrorçuların əməllərinə göz yumub ölkənin parçalanmasına müşahidəçi qalacaqdı. Heç bir dövlət bunu etməzdi. Dövlətimiz də erməni separatçı terrorçularına qarşı ən humanist yolu seçərək onları imperiyanın başqa guşələrinə göndərdi. ”Erməni məsələsi”nin qısa şəkildəki mahiyyəti – imperialist dövlətlərin Osmanlı imperiyasının vətəndaşı olan erməniləri təhrik edərək, təşkilatlandıraraq, əsrlər boyu qayğı gördükləri dövlətə qarşı qısqırtmalarıdır. Bu hiyləgər və xain əməllərin qarşısında hansı dövlət lazımi tədbirləri görməzdi? Bizim dövlətimiz ən humanist tədbiri görmüşdü.

– Cümhuriyyət dövründə yaşanan hadisələr ermənilərin qısqırdılmaya davam edildiyini bir daha sübut etmədimi?

– Türkiyə Cümhuriyyəti bütün vətəndaşları kimi ermənilərə də bərabər hüquqlar verməsinə baxmayaraq, 1970-ci illərin əvvəlindən başlayaraq diasporadakı erməni təşkilatları Türkiyəyə qarşı terror aksiyalarını davam etdirdilər. Erməni ASALA terror təşkilatı 1973-1984-cü illər arasında xaricdəki bir çox qiymətli diplomatımızı şəhid etdi. Soyuq müharibənin bitməsi ərəfəsində, 1989-cu ildə Ermənistan parlamenti 1921-ci ildə imzalanmış Moskva sazişini ləğv edərək Türkiyə-Ermənistan sərhədini qəbul etmədiyini və Türkiyədən torpaq tələb etdiyini bildirdi. Türk millətinə qarşı nifrətini fürsət düşən hər yerdə soyqırımlara, qətliamlara çevirən erməni terrorçuları 1992-ci ilin fevralında qardaş Azərbaycanın Qarabağ bölgəsində Türk millətinə qarşı soyqırımı törətdilər. Daha sonra isə Türkiyəyə qarşı qondarma “soyqırım” tələbləri irəli sürərək təzminat və torpaq qoparma həvəsinə düşdülər.

– 2005-ci ildən başlayaraq, Türkiyə o böhtanlara qarşı tarixi sənədlərlə obyektiv şəkildə mübarizə apararaq, ermənilərə yerlərini göstərdi. Avropa İnsan Haqları Məhkəməsinin qərarı isə onların boş ümidlərini tamamilə puça çıxardı…

– Son illərdə Türkiyə qondarma “soyqırım” böhtanlarına qarşı ləyaqətli şəkildə mübarizə apardı. Bu illərdə Türkiyənin xoş niyyətlərinə baxmayaraq, Ermənistan  və erməni diasporu Türkiyəyə qarşı  düşmən mövqeyindən əl çəkmədi. Təəssüf ki, ölkəmizin bəzi yüksək səviyyəli idarəçiləri yaxın keçmişdə səhv açıqlamalar verdilər. Məsələn, dövlətimiz üçün çox mühüm məsələ olan Dersim hadisəsində tez-tez “Dövlət Dersimdə soyqırım yapdı” sözlərini  daxili siyasətə alət edərkən, diaspora ermənilərinin bundan Türkiyəyə qarşı qondarma “soyqırım” böhtanlarında istifadə edəcəklərini düşünmədilər. Xaricdən maliyyələşən bəzi QHT-lər, elm adamları, jurnalist-yazarlar da Türkiyənin qondarma “soyqırımı” qəbul etməsi üçün fəaliyyət göstərdilər. Biz 1915-ci ildə ərazi bütövlüyümüzü qorumaq üçün erməni separatçılarına qarşı ən sülhsevər yoldan tədbir görmüşdük.

Mübarizənin bundan sonrakı mərhələlərində Türkiyə ilə Azərbaycan öz qüvvələrini daima birləşdirməlidir. Ermənilərin Türkiyəyə atdıqları “soyqırım” böhtanlarının əsas məqsədlərindən biri də onların Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımın  gündəmə gəlməsinə əngəl olub unutdurmaqdır. Buna imkan verməməli, Xocalı soyqırımını daima dünyanın gündəmində saxlayaraq erməniləri  əvvəl-axır məhkum etdirməliyik. 15 sentyabr 1918-də Bakını erməni ünsürlərindən təmizləyən Qafqaz İslam Ordusu komandanı Nuri paşa və Bakının xilas edilməsində müstəsna rolu Ərzurumlu Mürsəl paşa da bizim ortaq qəhrəmanlarımızdır.

– Kitabınız nə vaxt çıxıb?

– Kitabım bir neçə ay əvvəl çıxsa da, satışına bu günlərdə başlanıb. Elm dünyasının, siyasətçilərin, araşdırma mərkəzlərinin, tələbələrin kitaba göstərdikləri maraq məni çox məmnun edir. Kitabımın təxminən 1 ay əvvəl Azərbaycanda da çıxdığına dair məlumat almışam, ancaq hələ ki, mənə gəlib çatmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar