Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər hər ölkədə fəal seçici olmağa çalışır” – Politoloq


“Makronun erməni lobbisinə nə vəd edəcəyi üzərində baş sındırmağa dəyməz”


Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Fransadakı prezident seçkilərində erməni lobbisinin aktivliyinə münasibət bildirərkən rəsmi “facebook” səhifəsində qeyd edib.

PİA.AZ həmin yazını oxucularına təqdim edir:

“Dünyada erməni lobbisi niyə bu qədər güclüdür? Cavabı sadədir: Erməni lobbisi hər ölkədə fəal seçici olmağa çalışır. Elə ölkələr var ki, orada türklər ermənilər qədərdir, ancaq yenə də prezident və deputat seçilmək istəyən şəxs birinci növbədə erməni lobbisinin təmsilçiləri ilə görüşmək istəyir. Çünki bilir ki, seçkidə onların səslərinə arxayın ola bilər, bir şərtlə ki, “erməni soyqrımının” tanınması istiqamətində, Türkiyə və Azərbaycan əleyhinə addımlar atmağa vəd etsin. 

Fransa prezidentliyinə əsas namizəd Emmanuel Makron seçkiqabağı çıxışlarında hələ ki, ermənilərə heç nə vəd etməyib. Fransadakı erməni lobbisinin əsas namizədləri keçmiş baş nazir Fiyon və milliyətçi Len Pen idi. Ancaq Makron hər ikisini geri qoydu və böyük ehtimalla ikinci turda Le Pen üzərində qələbə çalacaq. Bunu erməni lobbisi də anlayır və mən istisna etmirəm ki, Le Pendən əlini üzən erməni lobbisi artıq Makrona yol axtarır, onunla görüşəcəklərini istisna etmirəm. Bunun qarşılığında Makronun erməni lobbisinə nə vəd edəcəyi üzərində baş sındırmağa dəyməz. Bizimkilərdən nə xəbər var?!”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar