Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər bilməlidirlər ki,...“



Rövşən Rzayev: "Azərbaycan Ermənistanın mövcud olduğu tarixi torpaqlarına olan hüquqlarını bərpa etməlidir"


Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı 29 may 1918-ci il tarixli qərarı Milli Məclisdə müzakirəyə çıxarılmalı və bu qərarın qüvvədən salınması üçün lazımi tədbirlər görülməlidir. 

Bu barədə Trend-ə millət vəkili Rövşən Rzayev deyib. Ermənistanın bu gün Azərbaycanın əzəli torpaqlarında yerləşdiyini xatırladan millət vəkili vurğulayıb ki, dünya ictimaiyyəti də bilməlidir ki, bu gün Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərə vaxtilə Azərbaycan ərazi verib və bu günə qədər onlar həmin ərazilərdə yaşayırlar: 

"Ermənilər də bilməlidirlər ki, Azərbaycan və tarix bunu bilir və tarixi həqiqət öz yerini tapacaq. Bu məsələni Azərbaycan Parlamentində qaldırıb müzakirə etmək və bu istiqamətdə ciddi iş aparmaq lazımdır”. R.Rzayev əlavə edib ki, təbii ki, ermənilər tarixi həqiqətləri gizlətməyə çalışırlar: "Amma biz tarixi həqiqətləri üzə çıxararaq dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Azərbaycan ərazilərində ermənilərə bir dəfə torpaq verilib, onlara bir dəfə dövlət yaratmağa imkan verilib. Ermənilər bu gün yenidən Azərbaycan ərazilərinin 20 faizini işğal ediblər. 

Təbii ki, Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Biz öz tarixi torpaqlarımıza olan hüquqlarımızı bərpa etməliyik”. Millət vəkili hesab edir ki, bu məsələnin ortalığa atılması qətiyyən Osmanlı Türkiyəsinin ünvanına söylənilmiş fikir kimi qəbul edilməməlidir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar