Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər Lələtəpəni qaytarmaq istəsə, yeni mövqeləri itirəcəklər”


Seçkilərdən sonra Qarabağda hərbi əməliyyatların başlaya biləcəyi barədə proqnozlar artır; Akif Nağı: “Ermənistanın işğalına qarşı müharibə artıq zərurətə çevrilib”


Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərindəki bölmələri daha bir hərbçisini itirib. 

Ermənistan KİV-i xəbər verir ki, hadisə fevralın 22-də səhər saatlarında baş verib. 1998-ci il təvəllüdlü əsgər Qrigor Yeqoyanın müəmmalı şəkildə öldüyü deyilir.

Düşmən növbəti əsgərini savaş xəbərlərinin yayıldığı günlərdə itirdiyi üçün daha çox diqqət çəkib. Xatırladaq ki, ABŞ Milli Kəşfiyyatının Qarabağda irimiqyaslı, dağıdıcı müharibənin başlayacağı barədə xəbərdarlıq etməsi Ermənistanda geniş əks-səda doğurub və müzakirə predmetinə çevrilib.

Paralel olaraq işğalçı Ermənistanın apreldə itirdiyi mövqeləri geri qaytarmaq üçün təxribatlar törədəcəyi barədə ekspertlərin xəbərdarlıqları da diqqət cəlb edir. Hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin bildirib ki, Ermənistan tərəfi Azərbaycanda prezident seçkiləri, xüsusilə məşhur aprel döyüşlərinin 2-ci ildönümü ərəfəsində cəbhədə təxribatlar törədə, bəzi yerlərdə hücuma keçə bilər.

Ekspert milli.az-a açıqlamasında deyib ki, ona görə də həddən artıq diqqətli, ayıq-sayıq olmaq lazımdır. Təcrübəli hərbçi fikirlərini belə əsaslandırıb: "Bilirsiniz ki, bu il aprel döyüşlərinin 2-ci ildönümü olacaq. Bizim düşmənlərimiz isə təxribatlar üzrə ustadırlar. Onlar həmişə hansısa tarixi hadisələr ərəfəsində belə şeylər edirlər. Havalar da getdikcə istiləşir. Adətən fəal hərbi əməliyyatlar da belə vaxtlarda olur. Ona görə də ermənilər aprelin əvvəllərində cəbhənin istənilən istiqamətində təxribatlar törədə, hətta bəzi yerlərdə hücum əməliyyatı həyata keçirə bilərlər.  Onlar hələ də 2 il əvvəlki məğlubiyyəti, Azərbaycan ordusunun uğurlu əməliyyatını həzm edə bilməyiblər. Elə bu səbəbdən də özlərini göstərməyə, guya nəyəsə qadir olduqlarını sübut etməyə çalışacaqlar. Onlar buna çoxdan hazırlaşırlar. Hərçənd onların silahlı qüvvələrinin hansı vəziyyətdə olması, orduda mənəvi-siyasi-psixoloji durumun necə bərbad olduğunu hamı bilir. Ona görə də bunun belə olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Bunu nəzərə alaraq cəbhədə təxribatların, özü də ciddi şəkildə baş verə biləcəyini söyləmək olar".

Azərbaycan prezidentinin İrəvan xəbərdarlığı və müdafiə nazirimizin döyüşlərin hər an başlaya biləcəyini bəyan etməsi yayılan müharibə xəbərdarlıqlarının əsassız olmadığı qənaətini yaradır. Ermənistan parlamentində çıxış edən xarici işlər nazirinin müavini Şavarş Köçəryan növbəti dəfə həyasızlıq edərək, Azərbaycanı bölgənin təhlükəsizliyinə təhdid yaratmaqda (?!) ittiham edib. Həmçinin iddia edib ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu hücuma keçən və dinc əhalini hədəfə alan tərəf olub. XİN rəsmisi Azərbaycanın güc yoluna üstünlük verdiyi üçün Qarabağ məsələsinin həll olunmadığını iddia etməklə bir daha ölkəsinin işğalçı siyasətini gizlətməyə səy göstərib. Eyni zamanda Ermənistan rəhbərliyinin aprel zərbələrini unutmadığı bir daha təsdiqlənir. Hətta Azərbaycanda prezident seçkilərinin önə çəkilməsini də ermənilər Qarabağla bağlı hansısa proseslərin başlaya biləcəyi ilə izah edirlər.

Musavat.com erməni mediasına istinadən onu da bildirir ki, Ermənistan prezidenti Serj Sərkisyan Livan prezidenti Mişel Aunla birgə keçirdiyi brifinqdə növbəti dəfə iddia edib ki, Qarabağ münaqişəsi ancaq “Qarabağ xalqı”nın müstəqil yaşaması halında mümkün ola bilər. Bütün bunlar, düşmənin aqressiv, şantajla dolu bəyanatları fonunda məsələnin sülhlə tənzimlənməsi inandırıcı görünmür.

Amma qəribəsi həm də budur ki, son günlər həmsədr ölkələrin paytaxtları Bakını qıcıqlandıran davranışlara yol verir. Belə ki, Azərbaycan XİN məhz buna görə son həftə ərzində Rusiya və Fransaya rəsmi etiraz etdi. Qeyd etdiyimiz kimi, ABŞ kəşfiyyatının müharibə xəbərdarlığına ermənilər ciddi reaksiya verib, işğalçı ölkədə qızğın müzakirələr gedir. ATƏT sədrinin səhra köməkçisi Anji Kasprşik də erməni mətbuatına deyib ki, monitorinqləri artırmaq istəyirlər. Ortaya çıxan qənaət budur: ermənilər qorxur ki, seçkilərdən sonra Azərbaycan hücuma keçə bilər. Amma eyni zamanda qarşı tərəf strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini almaq üçün əks-hücuma keçmək üçün fürsət gəzir. Xatırladaq ki, S.Sərkisyan xalqına tezliklə əvvəlki mövqelərə qayıdacağı barədə vəd vermişdi. Amma prezidentliyin son ayını yaşayır, vəd yerinə yetirilməyib. İndiki situasiya nə deyir, aprel döyüşləri apreldə təkrarlana bilərmi, ümumən seçkidən sonra?

“Seçkilərdən sonra vəziyyətin dəyişəcəyi ilə bağlı müxtəlif mənbələrdən proqnozlar verilir, dəyişikliklərin baş verəcəyini göstərən müəyyən əlamətlər də müşahidə olunur. Mən hesab edirəm ki, Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra işğalçı Ermənistanın işğalına qarşı müharibənin başlanması artıq zərurətə çevrilib”.

Akif Nağı ile ilgili görsel sonucu

QAT sədri Akif Nağı bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. O qeyd etdi ki,  Ermənistan ictimaiyyətinin təşviş keçirməsi bu reallıqla bağlıdır: “Onlar başa düşürlər ki, Azərbaycanın müharibədən başqa yolu qalmayıb, daha doğrusu, Ermənistan və beynəlxalq təşkilatlar Azərbaycana başqa yol qoymayıblar. Azərbaycanda müharibəni başlamaq üçün hər şey var, çatışmayan siyasi qərardır. Ümid edirik ki, o qərar da olacaq”.

Bəs Ermənistanın Lələtəpəni, digər yüksəklikləri azad etmək üçün əks-həmləyə keçməsi mümkündürmü? QAT sədri belə bir perspektivi Azərbaycanın şansı sayır: “Ermənistanda bəzi populistlər Azərbaycanın apreldə azad etdiyi ərazilərlə bağlı dəfələrlə tələblər səsləndiriblər. Amma hakimiyyət bu məsələdə israrlı görsənmir, çünki gücləri yoxdur. Ona görə də Ermənistanın bu istiqamətdə cəhd göstərəcəyi inandırıcı deyil. Cəhd etsələr, Azərbaycana əks-hücum üçün yaxşı şans vermiş olacaqlar”.

Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu da hərbi toqquşmaları istisna etmir: “Əlbəttə, ermənilər 2016-nın aprelində itirdikləri strateji mövqeləri geri qaytarmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər. Əksinə, yeni mövqelər itirəcəklər. Ordumuz çox sürətli, çevik əks-hücum taktikasına malikdir. Aprel döyüşləri də bunu sübut etdi”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar