Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erkən seçki prezidentə Qarabağ münaqişəsinə son qoymaq üçün mandat verə bilər”


ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç ölkədə erkən prezident seçkilərinin keçirilməsini bir sıra amillərlə əlaqələndirib


Onun sözlərinə görə, burada iqtisadi, siyasi və regional faktorlar var ki, hökumətin səsverməni tələsdirməsində rol oynaya bilər: “Şəxsən mən bunun arxasında bir neçə səbəbin ola biləcəyini düşünürəm. Biri odur ki, iqtisadiyyat bir neçə il bundan öncə neft qiymətlərinin düşməsi ilə yaranan şokdan sonra çox yavaş şəkildə dirçəlməkdə davam edir. Diversifikasiya baş verməyib və hər zaman manatın dəyərinin yenidən düşəcəyinə dair narahatlıq var,” – səfir Kozlariç “Amerikanın Səsi”nə bildirib.

Onun sözlərinə görə seçkini erkən keçirməklə Azərbaycan hökuməti qarşıya çıxa biləcək problemləri önləməyə səy göstərir. Kazlariç seçkilərdən sonra hökumətdə yeni təyinatların olacağını istisna etməyib: “Biz təkcə aşağı səviyyəli deyil, həm də daha yüksək vəzifəli rəsmilərə qarşı korrupsiya ittihamlarının irəli sürüldüyünə şahid olmuşuq. Bir il öncə milli təhlükəsizlik naziri və Azərbaycan Beynəlxalq bankın sədri həbs olunub, rabitə naziri və nəqliyyat naziri vəzifələrindən çıxarılıb. Çox sayda dəyişikliklər baş verib. Erkən seçki keçirməyin bir səbəbi də odur ki, bu onlara höküməti indikindən fərqli şəkildə qurmağa fürsət yarada bilər.”

Sabiq səfir bu qərarda Qarabağ amilinin də rol oynaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, erkən seçkilər prezidentə Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün “mandat verə bilər.” Digər tərəfdən o, hərbi təmas xəttində artan gərginliklər barədə narahatlığını da ifadə edib. Seçkiqabağı atmosferə gəlgikdə, Kozlariç durumun ürəkaçan olmadığını vurğulayıb.

“Demokratik inkişaf, insan haqları, ifadə azadlığı sahəsinə trendlər mənfi olub. Bu, hər bir halda belə olacaqdı, amma seçkilərin erkənə alınması ilə məncə bu trend daha da sürətləndiriləcək,” – o, “Amerikanın Səsi”nə deyib.

Kozlariçin sözlərinə görə, Azərbaycan hökuməti mütəmadi qaydada azad söz məkanını daraltmaq və  məhdudiyyətlər tətbiq etmək istiqamətində yeni ölçülərə əl atır: “İfadə azadlığı ölkədə getdikcə pisləşir. Daha öncə onsuz da pis idi, amma indi təkcə müxalif medianın çatışmazlığı ilə yanaşı fərdi şəxslərin də internetə girişi məhdudlaşdırılır və nəzarət olunur”,- Kozlariç bildirib.

Jurnalist Əfqan Muxtarlının məsələsinə münasibət bildirən sabiq ABŞ səfiri Gürcüstanın sərgilədiyi mövqedən məyus olduğunu bildirib. O, bir vaxtlar Gürcüstanın region üçün demokratik nümunə, Ermənistanla Azərbaycan arasında körpü rolu oynayacağına ümid bəsləmiş olduğunu bildirib:

“Məncə Azərbaycanla Gürcüstan arasındakı münasibət iqtisadi-enerji əlaqələri ilə müəyyən olunacaq və o həddə çatacaq ki, Gürcüstan qaz üçün Azərbaycandan daha asılı vəziyyətə düşəcək. Onlar rəsmi Bakının Gürcüstanın müxalifət üçün təhlükəsiz bir yerə çevrilməsindən narahat olmasına səbəb olacaq hər hansı addımı atmaqdan çəkinəcəklər. Bu, çox məyusedicidir,” o bildirib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar