Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erkən nikahların sayı artmaqdadır“


“Azərbaycanda hazırda 3000-ə yaxın erkən nikaha daxil olan ailə mövcuddur”


Bu sözləri Axar.az-a açıqlamasında “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva ölkəmizdə  erkən nikah hallarının artmasına münasibət bildirərkən deyib:
 
“Çox təəssüflər olsun ki, erkən nikahların sayı iri şəhərlərimizdə artmaqdadır. Hətta orta məktəblərdə 8-ci sinifdən yuxarı qızlar arasında nişanlanma halları günü-gündən artır. Buna maraqlı oyun kimi baxan qızlarımız hətta məktəbdə sinif yoldaşları arasında fəxrlə öz nişan həyatlarını təbliğ edirlər. Buna çox zaman məktəb rəhbərliyi, sinif rəhbərləri və psixoloqlar göz yumurlar. Psixoloqlar bu istiqamətdə valideyn və şagirdlərlə daima işləməli və onlara başa salmalıdırlar ki, ailə həyatı qurmağa hazır olmayan, uşaqlıq yaşından çıxmamış qızlar valideynlərin məcburiyyəti ilə ailə qurmağa sövq edilməsinlər”.
 
Sözlərinə Vilyam Şeksprin “hər şeyin yenisi insanı həyəcanlandırır” kəlamı ilə davam edən Zemfira Mustafayeva hazırda Azərbaycanda üç min erkən nikahlı ailənin olduğunu vurğuladı:
 
“Ümumiyyətlə, erkən nikahlar iki cür həyata keçirilir. Valideynlərin təkidi və qızın öz istəyi ilə. Erkən qurulan ailə həyatının çox az qismi uğurlu, böyük qismi isə uğursuz olur. Çünki hələ ailə həyatına hazır olmayan, uşaqlıq həyatından çıxmamış qızlar valideynlərin təkidi ilə ailə qurduqda onların sağlamlığında, gələcək uşağın tərbiyəsində, onun təhsilində və ümumiyyətlə, ailə həyatında böyük fəsadlar yaranır. Bütövlükdə tibbi cəhətdən 18 yaşına çatmamış qızlar ana olmaq iqtidarında deyillər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar