Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərim məni əxlaqsız otellərə aparırdı”


Dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev dindirilib.

Keçmiş ər qeyd edib ki, Bənövşə ilə evli olan dövrdə kafelər alıb: “Universitetdə oxumağa başlayan dövrdən işləmişəm. Həm oxumuşam, həmdə işləmişəm. Ailədə həmişə gəlir gətirən olmuşam. Bənövşənin puluna ehtiyacım olmayıb”.

Bənövşə Süleymanova isə buna etiraz edib: “Camaatdan aldığım pulların hamısını Elmara vermişəm. O pullarla kafelər alıb”.

Təqsiləndirilən şəxs həmçinin qeyd edib ki, əri onu əxlaqsız yeri olan otellərə aparıb: “Həmin əxlaqsız yuvalarından birinin adını deyə bilərəm. Bu “Maral” oteldir. Elmar məni dəfələrlə ora aparıb. Heç kişi də arvadını əxlaqsız yuvalarına aparar? Bununla bağlı faktlar deyə bilərəm. Həmin oteldə olmağımızla bağlı səs yazılarımız, oteldə qeydiyyat dəftərində qeydiyyatdam keçməyimiz var”.

Elmar Paşayev Bənövşənin yalan danışdığını deyib: “Burada da pis heç nə yoxdur. Biz onunla otelə yox, dəniz kənarına gəzməyə getmişik”.

Bənövşə Süleymanova əlavə edib ki, əri onu dəlixanaya salıb və dəlilik adı ilə boşayıb: “Elmar mənə deyirdi ki, vəzifəli şəxslərin adından istifadə elə, pul topla. Amma onun adını hallandırmamağımı istəyirdi. Sonra məni dəlixanaya saldı. Mən “Maştağa”da olan da vətəndaşların məndən şikayət etdiyini eşitdim. Anama, atama zəng edirdim ki, mən dəli deyiləm, məni buradan çıxardın, şikayətçilərlə danışım. Pulları Elmara verdiyimi onlara deyim, onlarda puların kimdə olduğunu bilsinlər. Elmar məndən istifadə edib”.

Proses iyunun 27-də davam edəcək.

Qeyd edək ki, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb.

O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar