Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərəb ölkələri ABŞ-a böyük zərbə vura bilər”


“ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi ilə bağlı ərəb ölkələri ayrı-ayrılıqda sərt bəyanatlar versələr də, əməli olaraq heç bir siyasi təzyiqlərə başlamayacaqlar”


Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, ilk növbədə Ərəb Dövlətləri Liqası ABŞ-a qarşı sanksiyalar paketini qəbul edib, bu ölkədən silah alışına qadağa qoymalı və bütün əlaqələri dondurmalı idi:

“Amma buna gedilmədi. ABŞ məhz ərəb ölkələri vasitəsilə Yaxın Şərqdə öz geosiyasi maraqlarını həyata keçirir. Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr (Şuraya Səudiyyə Ərəbistanından başqa Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman daxildir – S.Həmid) və İordaniya ABŞ-ın müttəfiqi və ən böyük silah alıcısıdırlar. Ərəb Dövlətləri Liqası ABŞ-a qarşı sanksiyalar qəbul etməklə Vaşinqtonun Yaxın Şərq siyasətinə böyük zərbə vura bilərdilər. Necə ki, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ərəb dünyasına zərbə vurdu”.

M.Əsədullazadə qeyd edib ki, ərəb ölkələri ABŞ-a sanksiyalar tətbiq edib, onu Yaxın Şərqdən çıxararlarsa, regiona Rusiya və Çin daxil ola bilər:

“Bununla da Yaxın Şərqdə yeni nizam formalaşar. Amma ərəb ölkələri buna getməyəcək. Getdikcə zəifləyib ABŞ və İsrailin təsiri altında olacaqlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar