Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərdoğanın hansı siyasi istiqamət tutacağı maraq doğurur” - Politoloq


Zaur Məmmədov: “Referendumdan sonra Rəcəb Tayyib Ərdoğanın hansı siyasi istiqamət tutacağı maraq doğurur”


“Türkiyədə yaxın aylarda vətəndaşlar qarşısında, Avropa İttifaqına girib- girməmək ilə bağlı məsələ qaldırıla bilinər”

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov referendumdan sonra Türkiyə-Avropa münasibətlərini və CHP-nin referendumun nəticərərinin ləğv olunması ilə bağlı YSK-ya etdiyi müraciəti PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilərdən birinin PKK-nın fəal dəstəkçisi olduğu üzə çıxıb. Həmçinin ATƏT, Avropa Şurası və Avropa İttifaqının müşahidəçiləri Türkiyədə keçirilən referendumun nəticələri barədə ortaq bəyanat yayaraq onun “Avropa standartlarına uyğun olmadığı”nı bildiriblər. R.T.Ərdoğan isə bəyan edib ki, Türkiyədə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər. “54 ildir ki, bizi Avropa İttifaqının qapıları arxasında gözlədirlər. Amma indi biz oturub danışacağıq və lazım gəlsə bu məsələ ilə bağlı ümumxalq səsvermə keçirəcəyik. Avropa İttifaqının təsisçilərindən biri olan Böyük Britaniya qurumu tərk edir. Norveç də Avropa İttifaqının kənarındadır. Biz xalqın rəyini öyrənəcəyik. Xalq nə desə, o da olacaq”, - deyə Türkiyə prezidenti bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı vədlərinə əməl etmədiyi təqdirdə fəsadlarla üz-üzə qalacaq: “Terrorçu təşkilatları dəstəkləmək olmaz, Türkiyə heç bir zaman öz sərhədləri daxilində hər hansı terrorçu qurumun yaradılmasına imkan verməyəcək”, - deyə Türkiyə prezidenti qeyd edib.

Həmçinin Türkiyədə Cümhuriyyət Xalq Partiyası aprelin 16-da ölkə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumun nəticələrinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət edib. Bu vəziyyətdə Türkiyə-Avropa münasibətləri daha kəskin dönəmə qədəm qoya bilərmi?  Həm də CHP-nin referendumun nəticələrinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət etməsi referendumun legitimliyinə nə qədər kölgə sala bilər və bu məsələnin hüquqi yolla çözümü varmı?

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.



Zaur Məmmədov: “Referendumun keçirilib-keçirilməməsi məhz Avropa İttifaqı və Türkiyə danışıqlarından asılıdır”. 


Politoloq referendumun nəticələrinin ləğv olunması ilə bağlı CHP-nin nəyəsə nail ola bilməsinə inanmadığını deyib. Həmçinin politoloq qeyd edib ki, CHP referendum ərəfəsində demək olar ki, tək olaraq "hayır" deyirdi. Lakin, artıq referendum arxada qaldı. Türkiyə prezidentli idarəetmə forması ilə davam edəcək:

“Dünən ATƏT, Avropa Şurası və Avropa İttifaqı tərəfindən verilən bəyanatlara Türkiyə ciddi yanaşmayacaq. Ümumiyyətlə referendumdan sonra Rəcəb Tayyib Ərdoğanın hansı siyasi istiqamət tutacağı maraq doğurur. Avropa Birliyi və Türkiyə arasında danışıqlara start veriləcək. Çünki miqrasiya məsələlərindən tutmuş PKK terror şəbəkəsi ilə bağlı ikitərəf arasında bir sıra problemlər var . Türkiyədə yaxın aylarda vətəndaşlar qarşısında, Avropa İttifaqına girib- girməmək ilə bağlı məsələ qaldırıla bilinər. Sosioloji sorğulara göre türklərin 60-80 faizi artıq Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil. Referendumun keçirilib-keçirilməməsi məhz Avropa İttifaqı və Türkiyə danışıqlarından asılıdır. 

O ki, qaldı CHP məsələsinə. Doğrudan da MSK tərəfindən səhvlərə yol verilmişdir. Ancaq düşünmürəm ki, CHP nəyəsə nail olsun. CHP referendum ərəfəsində demək olar ki, tək olaraq "hayır" deyirdi. Lakin, artıq referendum arxada qaldı. Türkiyə prezidentli idarəetmə forması ilə davam edəcək. İndiki şəraitdə bu labüd idi. MHP də isə əksər partiya tərəfdarları ilə sədr arasında maraqlar üst-üstə düşmür. Bildiyimiz kimi MHP- lilərin əksəri “hayır” dedi. Bu isə o deməkdir ki, Dövlət Bahçalı istefa verməlidir. Ancaq, mən bunu real  saymıram. Çünki bu təqdirdə milliyyətçilər daxilində bölünmənin şahidi olacayıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar