Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərdoğan “Kürd açılımı”na qayıtmalı, İŞİD-i məhv etmək üçün kürdlərlə əlbir olmalıdır”


“Türkiyənin inkişafı bəzi böyük dövlətlərə və təşkilatlara əl vermir. Ona görə də bu ölkəni çökdürməyə çalışırlar”


Bu sözləri Sherg.az-a İstanbulda törədilən terraktın səblərindən danışarkən politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, sabiq xarici işlər naziri Əhməd Davudoğlunun zamanında "Kürd açılımı" siyasəti vardı. Həmin vaxtlar terraktların sayı kəskin aşağı düşmüşdü, demək olar ki, yoxa enmişdi:"Elə ki, "Kürd açılımı" kənara atıldı, onda kürdlər də terror hadisələrinə əl atdılar. Bundan başqa Türkiyə İran, Rusiya və Qərblə əlbir olub. İŞİD-ə qarşı fəaliyyətə başlayandan sonra bu terror təşkilatı da Türkiyəni özünə hədəf seçdi. Bunun da qarşısını almaq mümkündür. Yəni rəsmi Ankara "Kürd açılımı" siyasətinə keçməlidir. Gərəkirsə kürdlərlə əlbir olub İŞİD-i məhv etmək lazımdır. Əlbəttə, İstanbuldakı son teraktdan sonra bütün ölkə liderləri rəsmi Ankaraya dəstək ifadə etdi. Başqa cür də ola bilməz. Çünki heç bir ölkə terrordan sığortalanmayıb".

Qeyd edək ki, ötən günlərdə Türkiyənin İstanbul şəhərində gecə klublarının birində terror hadisəsi törədilib və hadisə zamanı 40 nəfər qətlə yetirilib, 68 nəfər xəsarət alıb. Ölən və xəsarət alanlar sırasında əcnıbi vətəndaşlar da az deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Ən çox oxunanalar